Mühasib Operator

Bakı

Tam Ştat

Orta Səviyyə

600 - 800 AZN

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 2 iyun 2026

Təsvir

LOGO və 1C proqramında uçotun təşkili
Bütün maliyyə əməliyyatlarının mühasibat proqramında əks olunması.
Kassa və bank əməliyyatlarının işlənməsi.
Kontragentlərin yaradılması, qaimələrinin işlənməsi
Yazılan qaimələrin düzgünlüyünə nəzarət edilməsi
Mədaxil və məxaric sənədlərinin hazırlanması.
Alış, anbar və digər əməliyyatların proqrama daxil edilməsi.
Proqramda material və kontragentlərin açılması.
Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün daxil olunmasının yoxlanılması.
Aylıq inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi.
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
İş qrafiki 5 günlük
Nahar şirkət tərəfindən təmin edilir.
Ofis ünvanı Xəzər rayonu, Binə. Koroğlu m/s servis şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlər "Mühasib operator" başlıqlı CVlərini yalnız mail ünvanına göndərməsi xahiş olunur.

Tələblər

Təhsil : Orta xüsusi
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 23 - 40
Cins : Qadın
Ali təhsil və ya orta ixtisas
Tikinti sahəsində 1C üzrə təcrübənin olması
MS Office proqramları ilə işləmək bacarığı
Dəqiqlik, məsuliyyət və diqqətlilik
Komandada işləmək bacarığı
Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
Rərbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək

Necə Müraciət Etmək Olar

Buta Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14883

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sahə rəisi

Tam Ştat

Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və nəzarəti. Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası. İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır. Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir. Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir. Texniki avadanlıqlardan (nərdivanlar, ayaqaltilar, müdafiə ləvazimatı, və s. qurğular) və işçilərin fərdi qoruma vasitələrindən istifadəni təmin edir. Ağırlığın qaldırılması normalarına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir. Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir. Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür. Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət. İş qrafiklərinə riayət olunmasını təmin etmək və gecikmələrin qarşısını almaq. Materialların düzgün istifadəsinə nəzarət. Texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək. Görülmüş işlər barədə rəhbərliyə gündəlik və həftəlik məlumatların verilməsi. Layihə rəhbəri və mühəndis heyəti ilə sıx əməkdaşlıq. Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi. Forma 2 və Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq proseslərində aktiv iştirak.

Bakı