Psixiatriya üzrə tibb bacısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Vəzifənin təsviri:
Psixi sağlamlıq problemləri və psixiatrik pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımını peşəkar standartlara uyğun həyata keçirmək.
Pasiyentin psixi, emosional və fiziki vəziyyətini davamlı müşahidə etmək, dəyişiklikləri vaxtında müəyyən etmək və aidiyyəti üzrə məlumatlandırmaq.
Pasiyentin davranışını, ünsiyyətini, emosional reaksiyalarını və risk faktorlarını mütəmadi qiymətləndirmək;
Pasiyentlərin tibb bacılığı baxımını planlaşdırmaq və icra etmək, pasiyentin vəziyyətinə dair monitorinq və müşahidə qeydlərini düzgün aparmaq, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti üzrə məlumatlandırmaq.
Dərman vasitələrini, o cümlədən psixotrop preparatları həkim təyinatına uyğun, təhlükəsiz və düzgün qaydada tətbiq etmək.
Pasiyentdə müşahidə olunan yan təsir, ağırlaşma və normadan kənar klinik halları vaxtında müəyyən etmək, onları müvafiq qaydada fərqləndirmək və müəssisədaxili xəbərvermə prosedurlarına uyğun olaraq aidiyyəti üzrə məlumatlandırmanı təmin etmək.
Aqressiya, təşviş, özünə və ya ətrafdakılara zərərvermə riski kimi hallarda pasiyent və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərmək.
Böhran və riskli davranış vəziyyətlərində müəssisədaxili prosedurlara və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək.
Pasiyentlə terapevtik ünsiyyət qurmaq, aktiv dinləmə və empatik yanaşma prinsiplərini tətbiq etmək;
Pasiyentin hüquqlarına, ləyaqətinə, məxfiliyinə və fərdi ehtiyaclarına hörmətlə yanaşmaq.
Pasiyent və ailə üzvlərinə müalicə prosesi, gündəlik baxım, təhlükəsizlik və psixi sağlamlığın qorunması ilə bağlı maarifləndirici məlumat vermək.
Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq, pasiyentlə bağlı müşahidə və müdaxilələri müvafiq qaydada qeyd etmək.
Elektron tibbi qeydiyyat sistemlərində məlumatların dəqiq və konfidensial şəkildə işlənməsini təmin etmək.
Həkim, psixoloq, sosial işçi və digər mütəxəssislərlə multidissiplinar komanda çərçivəsində əməkdaşlıq etmək.
İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə riayət etmək.
Fövqəladə və təcili hallarda əsas həyat dəstəyi prinsiplərinə və daxili təlimatlara uyğun tədbirlər görmək.
Tələblər
:
Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili.
Psixiatriya, psixi sağlamlıq, nevroloji və ya stasionar pasiyent baxımı sahəsində iş təcrübəsi üstünlükdür.
Psixiatrik xəstəliklər və psixi sağlamlıq pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımının əsas prinsiplərini bilməsi.
Psixi vəziyyətin qiymətləndirilməsi, davranış müşahidəsi və klinik risk faktorlarının müəyyən edilməsi üzrə bilik və bacarıqlara malik olması.
Aqressiya, təşviş, intihar riski, özünəxəsarət və ətrafdakılara zərərvermə riski kimi böhran vəziyyətlərinin idarə olunması prinsiplərini bilməsi.
Psixotrop dərmanların tətbiqi, təsir mexanizmi, mümkün yan təsirləri və ağırlaşmalarının müşahidəsi üzrə biliklərə malik olması.
Pasiyent təhlükəsizliyi, məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaydaları və etik prinsiplər barədə məlumatlı olması.
İntihar riski, özünəxəsarət davranışları və digər təhlükəli vəziyyətlərin erkən aşkarlanması üzrə müşahidə bacarığına malik olması.
Terapevtik ünsiyyət, aktiv dinləmə, emosional dəstək və pasiyentlə etibarlı münasibət qurma bacarıqlarına sahib olması.
Tibbi etika, məxfilik, pasiyent hüquqları və pasiyent yönümlü xidmət prinsiplərinə riayət etməsi.
İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi və keyfiyyət standartları üzrə biliklərə malik olması.
Elektron tibbi qeydiyyat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.
Multidissiplinar komanda ilə effektiv əməkdaşlıq və düzgün kommunikasiya bacarığı.
Əsas həyat dəstəyi — BLS üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür.
Məsuliyyətli, səbirli, diqqətli, emosional dayanıqlı və yüksək peşəkar davranış nümayiş etdirməsi.
Stressli və həssas klinik vəziyyətlərdə düzgün qərarvermə və təhlükəsiz davranış bacarığına malik olması.
Necə Müraciət Etmək Olar
Qarabağ Universitetinin Klinikası
Qarabağ Universitetinin Klinikası Azərbaycanda fəaliyyət göstərən müasir tibb müəssisəsidir və əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, tibbi təhsil və praktik hazırlığın inkişafına dəstək verməkdir. Klinika müxtəlif ixtisaslar üzrə diaqnostika, ambulator və stasionar müalicə xidmətləri təqdim edir və müasir tibbi avadanlıqlarla təchiz olunmuş infrastruktur əsasında fəaliyyət göstərir. Klinika fəaliyyətində peşəkar tibbi xidmət, pasiyent məmnuniyyəti və innovativ yanaşma prinsiplərini əsas tutur. Qarabağ Universitetinin Klinikası eyni zamanda gələcək tibb mütəxəssislərinin praktiki bilik və bacarıqlarının inkişafına şərait yaradaraq təhsil və səhiyyə sahələrinin inteqrasiyasına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18738
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə