Ginekologiya tibb bacısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Vəzifənin təsviri:
Hamilə, doğuş edən və doğuşdan sonrakı dövrdə olan qadınların tibb bacılığı baxımını həyata keçirmək.
Ginekoloji xəstələrin vəziyyətini müşahidə etmək, qulluq prosesini təşkil etmək və həkim təyinatlarının icrasını təmin etmək.
Pasiyentlərin həyati göstəricilərini izləmək, qiymətləndirmək və nəticələri düzgün şəkildə sənədləşdirmək.
Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq.
Müalicə və qulluq planının icrasında iştirak etmək.
Dərman vasitələrinin həkim təyinatına uyğun hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək.
İnfuziya terapiyası, venoz giriş və digər əsas tibb bacısı prosedurlarını yerinə yetirmək.
Fetal monitorinq — NST/CTG cihazının istifadəsində iştirak etmək və nəticələrin ilkin müşahidəsini aparmaq.
Doğuş otağında, ginekoloji stasionarda və körpə otağında iş prosesinin düzgün təşkilinə dəstək göstərmək
Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı, gigiyenası və termal qorunması tədbirlərini həyata keçirmək;
Ana südü ilə qidalanma, laktasiya dəstəyi və yenidoğulmuş baxımı üzrə ana və ailə üzvlərini maarifləndirmək;
Doğum otağında ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək;
Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım tədbirlərində iştirak etmək;
Pasiyent və yenidoğulmuşla bağlı aparılan müdaxilələri, müşahidə nəticələrini və tətbiq edilən dərmanları tibbi sənədlərdə düzgün qeyd etmək;
Elektron xəstə məlumat sistemlərində müvafiq qeydləri aparmaq;
Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydalarına riayət etmək;
Pasiyent təhlükəsizliyi, dərman təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək;
Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə əməl etmək;
Həkimlər, tibb bacıları, mama heyəti və digər aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək;
Fövqəladə hallarda və əsas həyat dəstəyi tələb edən vəziyyətlərdə müəyyən olunmuş qaydalara uyğun hərəkət etmək.
Tələblər
Namizədə tələblər:
Tibb bacısı işi, mamalıq işi üzrə orta ixtisas və ya ali tibb təhsili.
Mama-ginekologiya, doğum şöbəsi, ginekoloji stasionar və ya yenidoğulmuş baxımı sahəsində iş təcrübəsi üstünlükdür.
Qadın sağlamlığı, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə pasiyent baxımının əsas prinsipləri üzrə biliklər.
Ginekoloji xəstələrin və yenidoğulmuşların tibb bacılığı baxımı və müşahidəsi üzrə bilik və praktik bacarıqlar.
Həyati göstəricilərin monitorinqi, qiymətləndirilməsi və düzgün sənədləşdirilməsi bacarığı.
Fetal monitorinq — NST/CTG cihazından istifadə və nəticələrin ilkin qiymətləndirilməsi üzrə biliklər.
Doğuş otağı, ginekoloji stasionar və körpə otağında iş prosesinin təşkili üzrə biliklər.
Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı və termal qorunması prinsipləri üzrə biliklər.
Ana südü ilə qidalanma, laktasiya dəstəyi və ailənin maarifləndirilməsi üzrə bilik və kommunikasiya bacarıqları.
Dərmanların təhlükəsiz hazırlanması və tətbiqi, infuziya terapiyası və venoz giriş prosedurları üzrə praktik bacarıqlar.
Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydaları üzrə biliklər.
Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım prinsipləri üzrə biliklər.
Pasiyent təhlükəsizliyi, tibbi sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
Elektron xəstə məlumat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.
Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı.
Multidissiplinar komanda ilə işləmək, effektiv ünsiyyət və koordinasiya bacarığı.
Əsas həyat dəstəyi — BLS və ya müvafiq təcili yardım sertifikatlarının olması üstünlükdür.
Necə Müraciət Etmək Olar
Qarabağ Universitetinin Klinikası
Qarabağ Universitetinin Klinikası Azərbaycanda fəaliyyət göstərən müasir tibb müəssisəsidir və əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, tibbi təhsil və praktik hazırlığın inkişafına dəstək verməkdir. Klinika müxtəlif ixtisaslar üzrə diaqnostika, ambulator və stasionar müalicə xidmətləri təqdim edir və müasir tibbi avadanlıqlarla təchiz olunmuş infrastruktur əsasında fəaliyyət göstərir. Klinika fəaliyyətində peşəkar tibbi xidmət, pasiyent məmnuniyyəti və innovativ yanaşma prinsiplərini əsas tutur. Qarabağ Universitetinin Klinikası eyni zamanda gələcək tibb mütəxəssislərinin praktiki bilik və bacarıqlarının inkişafına şərait yaradaraq təhsil və səhiyyə sahələrinin inteqrasiyasına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18736
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə