Ana Səhifə
Vakansiyalar

Pediatriya üzrə tibb bacısı

Pediatriya üzrə tibb bacısı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

Vəzifənin təsviri:

  • Pediatrik pasiyentlərin yaş xüsusiyyətlərinə uyğun tibb bacılığı baxımını və müşahidəsini həyata keçirmək.

  • Yenidoğulmuş, körpə, uşaq və yeniyetmə pasiyentlərin fiziki vəziyyətini qiymətləndirmək və həyati göstəricilərini davamlı izləmək.

  • Həyati göstəricilərdə və pasiyentin ümumi vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq.

  • Diaqnostik, müalicə və profilaktik prosedurların icrasında həkimə və tibbi komandaya dəstək göstərmək.

  • Həkim təyinatına əsasən dərman vasitələrinin hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək.

  • Uşaqlarda dərmanların yaşa və çəkiyə uyğun doza hesablanması zamanı təhlükəsizlik qaydalarına riayət etmək.

  • Venadaxili giriş, infuziya terapiyası, biomaterial nümunələrinin götürülməsi və digər əsas klinik prosedurlarda iştirak etmək.

  • Uşaqlarda təcili vəziyyətlərin ilkin qiymətləndirilməsi və əsas həyat dəstəyi tədbirlərində iştirak etmək.

  • Peyvəndləmə, inkişafın izlənməsi və pediatrik profilaktik tədbirlərin həyata keçirilməsində iştirak etmək.

  • Valideyn və ya qanuni nümayəndələrə uşağın baxımı, müalicə prosesi, dərman qəbulu, gigiyena, qidalanma və profilaktik tədbirlər barədə maarifləndirici məlumat vermək.

  • Uşağın təhlükəsizliyini, rahatlığını və psixoloji komfortunu qorumaq.

  • Pasiyent təhlükəsizliyi, yıxılmaların və dərman səhvlərinin qarşısının alınması prinsiplərinə riayət etmək.

  • Tibbi müdaxilələr, müşahidə nəticələri, dərman tətbiqləri və pasiyentlə bağlı digər məlumatları tibbi sənədlərdə və elektron qeydiyyat sistemində düzgün qeyd etmək.

  • İnfeksiya nəzarəti, aseptika-antiseptika qaydaları və izolasiya tədbirlərinə riayət etmək.

  • Tibbi etika, konfidensiallıq və peşəkar davranış prinsiplərinə uyğun fəaliyyət göstərmək.

  • Həkimlər, digər tibb bacıları və aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək.

  • Klinik protokollara, daxili prosedurlara, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.

Tələblər

Namizədə tələblər:

  • Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili.

  • Pediatriya, neonatologiya və ya uşaq pasiyentləri ilə iş sahəsində təcrübə üstünlükdür.

  • Yenidoğulmuş, körpə, uşaq və yeniyetmə yaş qruplarında tibb bacılığı baxımının əsas prinsipləri üzrə biliklər.

  • Pediatrik pasiyentin fiziki vəziyyətinin qiymətləndirilməsi, həyati göstəricilərin monitorinqi və nəticələrin interpretasiyası üzrə bacarıqlar.

  • Uşaqlarda dərmanların yaşa və çəkiyə uyğun doza hesablanması, təhlükəsiz hazırlanması və tətbiqi qaydaları üzrə biliklər.

  • Venadaxili giriş, infuziya terapiyası, biomaterial nümunələrinin götürülməsi və digər əsas klinik prosedurlar üzrə praktik bacarıqlar.

  • Uşaqlarda təcili vəziyyətlərin ilkin qiymətləndirilməsi və əsas həyat dəstəyi prinsipləri üzrə biliklər.

  • BLS və ya pediatrik təcili yardım üzrə müvafiq sertifikatların olması üstünlükdür.

  • Uşaq və ailə mərkəzli yanaşma, valideynlərlə effektiv ünsiyyət və maarifləndirmə bacarıqları.

  • Peyvəndləmə, inkişafın izlənməsi və pediatrik profilaktik tədbirlərin əsasları üzrə biliklər.

  • İnfeksiya nəzarəti, aseptika-antiseptika qaydaları və izolasiya tədbirləri üzrə biliklər.

  • Pasiyent təhlükəsizliyi, yıxılmaların və dərman səhvlərinin qarşısının alınması prinsipləri üzrə biliklər.

  • Elektron tibbi qeydiyyat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.

  • Tibbi etika, peşəkar davranış və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı.

  • Multidissiplinar komanda ilə işləmək, effektiv ünsiyyət və koordinasiya bacarığı.

  • Məsuliyyətlilik, dəqiqlik, səbir, empatiya və pasiyent yönümlü yanaşma.

Necə Müraciət Etmək Olar

Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası Azərbaycanda fəaliyyət göstərən müasir tibb müəssisəsidir və əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, tibbi təhsil və praktik hazırlığın inkişafına dəstək verməkdir. Klinika müxtəlif ixtisaslar üzrə diaqnostika, ambulator və stasionar müalicə xidmətləri təqdim edir və müasir tibbi avadanlıqlarla təchiz olunmuş infrastruktur əsasında fəaliyyət göstərir. Klinika fəaliyyətində peşəkar tibbi xidmət, pasiyent məmnuniyyəti və innovativ yanaşma prinsiplərini əsas tutur. Qarabağ Universitetinin Klinikası eyni zamanda gələcək tibb mütəxəssislərinin praktiki bilik və bacarıqlarının inkişafına şərait yaradaraq təhsil və səhiyyə sahələrinin inteqrasiyasına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18737

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təcili tibbi yardım üzrə tibb bacısı

Tam Ştat

Vəzifənin təsviri: Təcili və kritik vəziyyətdə olan pasiyentlərin ilkin qiymətləndirilməsi və triaj prosesində iştirak etmək. Pasiyentin həyati göstəricilərini — nəbz, arterial təzyiq, tənəffüs sayı, bədən temperaturu, oksigen saturasiyası və digər klinik göstəriciləri davamlı monitorinq etmək. Monitorinq nəticələrini qiymətləndirmək və pasiyentin vəziyyətində yaranan kritik dəyişikliklər barədə həkimi dərhal məlumatlandırmaq. Təxirəsalınmaz tibbi yardım və reanimasiya tədbirlərinin icrasında həkimə və tibbi komandaya dəstək göstərmək. Əsas və inkişaf etmiş həyat dəstəyi prinsiplərinə uyğun olaraq ürək-ağciyər reanimasiyası tədbirlərində iştirak etmək. Həkim təyinatına əsasən dərman vasitələrinin hazırlanmasını, düzgün doza ilə tətbiqini və dərman təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək. Venadaxili girişlərin açılması, infuziya terapiyasının aparılması və maye müalicəsinin həkim təyinatına uyğun həyata keçirilməsində iştirak etmək. Qan və digər biomaterial nümunələrinin götürülməsi, düzgün etiketlənməsi və laboratoriyaya yönləndirilməsi prosesini təmin etmək. EKQ çəkilməsi, pasiyent monitorinqi və əsas ritm pozğunluqlarının ilkin tanınması prosesində iştirak etmək. Defibrilyator, xəstə monitoru, oksigen terapiyası avadanlıqları, aspirator və digər təcili yardım cihazlarından təhlükəsiz və düzgün istifadə etmək. Şok, travma, kəskin koronar sindrom, insult, tənəffüs çatışmazlığı, anafilaksiya və digər təxirəsalınmaz hallarda ilkin tibbi yardım prosesində iştirak etmək. Pasiyentin vəziyyətinə uyğun olaraq oksigen terapiyası, tənəffüs dəstəyi və digər yardım tədbirlərinin icrasında həkim göstərişlərinə əməl etmək. Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri operativ qiymətləndirmək və müvafiq tədbirlərin görülməsi üçün tibbi komandaya vaxtında məlumat vermək. Təcili yardım prosesində pasiyentlərin prioritetləşdirilməsi, yerləşdirilməsi və müvafiq şöbə və ya xidmətə yönləndirilməsi prosesinə dəstək göstərmək. Tibbi müdaxilələr, monitorinq nəticələri, dərman tətbiqləri və pasiyentlə bağlı digər məlumatları tibbi sənədlərdə və elektron qeydiyyat sistemində düzgün qeyd etmək. İnfeksiya nəzarəti, aseptika-antiseptika qaydaları və izolasiya tədbirlərinə riayət etmək. Pasiyent təhlükəsizliyi, tibbi etika, konfidensiallıq və peşəkar davranış prinsiplərinə uyğun fəaliyyət göstərmək. Təcili tibbi yardım prosesində həkimlər, digər tibb bacıları, laborantlar, sanitar heyət və digər aidiyyəti struktur bölmələri ilə effektiv əməkdaşlıq etmək. Stressli, yüksək riskli və dinamik iş mühitində çevik qərarvermə, prioritetləşdirmə və effektiv ünsiyyət bacarıqları nümayiş etdirmək. İstifadə olunan tibbi avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə aidiyyəti şəxslərə məlumat vermək. İş yerində sanitariya-gigiyena, təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət etmək. Klinik protokollara, daxili prosedurlara, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.

Psixiatriya üzrə tibb bacısı

Tam Ştat

Vəzifənin təsviri: Psixi sağlamlıq problemləri və psixiatrik pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımını peşəkar standartlara uyğun həyata keçirmək. Pasiyentin psixi, emosional və fiziki vəziyyətini davamlı müşahidə etmək, dəyişiklikləri vaxtında müəyyən etmək və aidiyyəti üzrə məlumatlandırmaq. Pasiyentin davranışını, ünsiyyətini, emosional reaksiyalarını və risk faktorlarını mütəmadi qiymətləndirmək; Pasiyentlərin tibb bacılığı baxımını planlaşdırmaq və icra etmək, pasiyentin vəziyyətinə dair monitorinq və müşahidə qeydlərini düzgün aparmaq, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti üzrə məlumatlandırmaq. Dərman vasitələrini, o cümlədən psixotrop preparatları həkim təyinatına uyğun, təhlükəsiz və düzgün qaydada tətbiq etmək. Pasiyentdə müşahidə olunan yan təsir, ağırlaşma və normadan kənar klinik halları vaxtında müəyyən etmək, onları müvafiq qaydada fərqləndirmək və müəssisədaxili xəbərvermə prosedurlarına uyğun olaraq aidiyyəti üzrə məlumatlandırmanı təmin etmək. Aqressiya, təşviş, özünə və ya ətrafdakılara zərərvermə riski kimi hallarda pasiyent və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərmək. Böhran və riskli davranış vəziyyətlərində müəssisədaxili prosedurlara və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək. Pasiyentlə terapevtik ünsiyyət qurmaq, aktiv dinləmə və empatik yanaşma prinsiplərini tətbiq etmək; Pasiyentin hüquqlarına, ləyaqətinə, məxfiliyinə və fərdi ehtiyaclarına hörmətlə yanaşmaq. Pasiyent və ailə üzvlərinə müalicə prosesi, gündəlik baxım, təhlükəsizlik və psixi sağlamlığın qorunması ilə bağlı maarifləndirici məlumat vermək. Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq, pasiyentlə bağlı müşahidə və müdaxilələri müvafiq qaydada qeyd etmək. Elektron tibbi qeydiyyat sistemlərində məlumatların dəqiq və konfidensial şəkildə işlənməsini təmin etmək. Həkim, psixoloq, sosial işçi və digər mütəxəssislərlə multidissiplinar komanda çərçivəsində əməkdaşlıq etmək. İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə riayət etmək. Fövqəladə və təcili hallarda əsas həyat dəstəyi prinsiplərinə və daxili təlimatlara uyğun tədbirlər görmək.

Ginekologiya tibb bacısı

Tam Ştat

Vəzifənin təsviri: Hamilə, doğuş edən və doğuşdan sonrakı dövrdə olan qadınların tibb bacılığı baxımını həyata keçirmək. Ginekoloji xəstələrin vəziyyətini müşahidə etmək, qulluq prosesini təşkil etmək və həkim təyinatlarının icrasını təmin etmək. Pasiyentlərin həyati göstəricilərini izləmək, qiymətləndirmək və nəticələri düzgün şəkildə sənədləşdirmək. Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq. Müalicə və qulluq planının icrasında iştirak etmək. Dərman vasitələrinin həkim təyinatına uyğun hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək. İnfuziya terapiyası, venoz giriş və digər əsas tibb bacısı prosedurlarını yerinə yetirmək. Fetal monitorinq — NST/CTG cihazının istifadəsində iştirak etmək və nəticələrin ilkin müşahidəsini aparmaq. Doğuş otağında, ginekoloji stasionarda və körpə otağında iş prosesinin düzgün təşkilinə dəstək göstərmək Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı, gigiyenası və termal qorunması tədbirlərini həyata keçirmək; Ana südü ilə qidalanma, laktasiya dəstəyi və yenidoğulmuş baxımı üzrə ana və ailə üzvlərini maarifləndirmək; Doğum otağında ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək; Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım tədbirlərində iştirak etmək; Pasiyent və yenidoğulmuşla bağlı aparılan müdaxilələri, müşahidə nəticələrini və tətbiq edilən dərmanları tibbi sənədlərdə düzgün qeyd etmək; Elektron xəstə məlumat sistemlərində müvafiq qeydləri aparmaq; Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydalarına riayət etmək; Pasiyent təhlükəsizliyi, dərman təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək; Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə əməl etmək; Həkimlər, tibb bacıları, mama heyəti və digər aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək; Fövqəladə hallarda və əsas həyat dəstəyi tələb edən vəziyyətlərdə müəyyən olunmuş qaydalara uyğun hərəkət etmək.