PR şöbə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 7 mart 2026
Təsvir
PR strategiyasının hazırlanması və idarə olunması:
Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq.
PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək.
Şirkətin imicinin qorunması və möhkəmləndirilməsi üçün fəaliyyətlər həyata keçirmək.
Media ilə əməkdaşlıq:
Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək.
Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək.
Şirkətlə bağlı medianın dərc etdiyi xəbərlərin monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək.
Kommunikasiya və daxili PR:
Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını inkişaf etdirmək.
Korporativ tədbirlərin təşkil edilməsi və əməkdaşların şirkətlə bağlı məlumatlılığının artırılması üçün təşəbbüslər həyata keçirmək.
Kampaniyaların idarə olunması:
Şirkət məhsulları və xidmətləri üçün ictimaiyyətlə əlaqələr kampaniyalarını idarə etmək.
Sosial məsuliyyət layihələrinə rəhbərlik etmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək.
Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək.
Krizis idarəçiliyi:
Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və aradan qaldırmaq.
Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyasını təmin etmək.
Araşdırma və analitik fəaliyyət:
PR kampaniyalarının təsirini ölçmək üçün müvafiq göstəriciləri təhlil etmək.
Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq.
Komanda idarəçiliyi:
PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq.
Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək
Tələblər
Təhsil və təcrübə:
Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil.)
İş təcrübəsi: 5+ il PR və kommunikasiya sahəsində iş təcrübəsi. Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi
Kompüter biliyi: Microsoft Office , Outlook
Texniki bacarıqlar:
PR alətləri və texnologiyaları üzrə bilik.
Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə.
Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə.
Şəxsi keyfiyyətlər:
Güclü liderlik və idarəetmə bacarığı.
Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
Strateji və analitik düşüncə tərzi.
Dil bilikləri:
Azərbaycan dili (ana dili).
İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
İş şəraiti:
5günlük
İstirahət şənbə və bazar günü
Ünvan: Xətai (Luxen Plaza)
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7667
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000