Pərakəndə məhsulların satışı üzrə kiçik mütəxəssis
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
B2C müştərilərlə, həmçinin təşkilatlar və tərəfdaş satış nöqtələrində planlı görüşlərin keçirilməsi və bank məhsullarının təqdimatı;
Müştəri ehtiyaclarının təhlili əsasında uyğun kredit və kart məhsullarının təqdim edilməsi və satış prosesinin tamamlanması;
Potensial müştərilərlə ilkin əlaqələrin qurulması, görüşlərin təşkili və satışa yönləndirilməsi;
Müştəri sorğularına operativ cavab verilməsi, onlayn sənədləşmə prosesinə dəstək göstərilməsi və xidmət səviyyəsinin təmin edilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və fəaliyyət nəticələri üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (iqtisadi sahə üzrə təhsil üstünlükdür);
Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili biliyi üstünlükdür);
Satış sahəsində iş təcrübəsi (bank/maliyyə və ya B2C sahə satışında ən azı 1 il təcrübə üstünlükdür);
Güclü ünsiyyət və təqdimat bacarığı, müştəri etirazlarını effektiv idarə etmək;
Aktiv və sahə görüşlərində iştirak edə bilən;
Nəticəyönümlü, planlama və icra intizamına sahib;
Komanda şəklində və fərdi şəkildə işləyə bilən şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16573
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə
Şirkət Ölçüsü
1000+