Özəl müştərilərlə iş şöbəsində mütəxəssis/aparıcı mütəxəssis
Bakı,, Azərbaycan
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
Özəl bankçılıq müştərilərindən ibarət portfeli idarə etmək və inkişaf etdirmək.
Müştərinin maliyyə ehtiyaclarını müəyyən edərək ona uyğun depozit, kart, kredit, investisiya və digər bank həlləri təklif etmək.
Yeni müştərilərin cəlb olunmasını təmin etmək, bu məqsədlə daxili və xarici əlaqələrdən, tövsiyələrdən və biznes imkanlarından istifadə etmək.
Müştərilərlə yüksək səviyyəli, fərdiləşdirilmiş və etibara əsaslanan münasibətlər qurmaq.
Müştəri portfeli üzrə qalıqları, gəlirliliyi, məhsul nüfuzetməsini və ümumi əməkdaşlıq dərinliyini artırmaq.
Müştəri üçün əsas əlaqələndirici şəxs kimi çıxış etmək və zəruri hallarda bankdaxili digər struktur bölmələrlə koordinasiyanı təmin etmək.
Müştərilər üçün fərdiləşdirilmiş kommersiya təklifləri hazırlamaq və təqdim etmək.
Müştəri davranışlarını və əməliyyat aktivliyini izləmək, əlavə satış və çarpaz satış imkanlarını müəyyən etmək.
Müştəri məmnuniyyəti və loyallığını artırmaq məqsədilə müntəzəm əlaqə saxlamaq və proaktiv xidmət göstərmək.
Daxili prosedurlara, ÖMT tələblərinə və normativ qaydalara riayət olunmasını təmin etmək.
Tələblər
Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar);
Sahə üzrə (xüsusilə bankçılıq, özəl bankçılıq və ya satış sahəsində) müvafiq iş təcrübəsi;
Maliyyə bazarları və investisiya alətləri (istiqrazlar, investisiya fondları, sığorta məhsulları və s.) üzrə bilik;
Portfel idarəetməsi və ya sərvət idarəetməsi üzrə anlayış;
Komandada işləmək bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Aktiv satış və müştəri ilə danışıqlar aparmaq bacarığı;
Rus dili biliyi – mütləqdir, ingilis dili biliyi – arzuolunandır;
Analitik düşünmə qabiliyyəti və operativ qərarvermə bacarığı;
Kreativlik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Məxfilik və etik davranış prinsiplərinə yüksək səviyyədə riayət etmək.
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16678
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000