Strateji planın icrasına nəzarət şöbəsində mütəxəssis / baş mütəxəssis
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, təhlili və hesabatlılığın aparılması
KPI və performans göstəricilərinin hesablanması, monitorinqi və tətbiqinin dəstəklənməsi
Strateji plan, layihə və təşəbbüslərin icra vəziyyətinin izlənməsi, təhlili və koordinasiya prosesində iştirak
Müxtəlif struktur bölmələrdən məlumatların toplanması, emalı, təhlili və analitik hesabatların hazırlanması
Dashboard, hesabat və monitorinq alətləri üçün məlumatların strukturlaşdırılması və vizuallaşdırılması
Maliyyə modellərinin, biznes keyslərinin və hesabatlılıq tələblərinin hazırlanması və aidiyyəti tərəflərlə razılaşdırılması
Biznes məqsədlərinə uyğun təkliflərin, şərtlərin və inkişaf imkanlarının araşdırılması və formalaşdırılması
Müştəri, məhsul, proses və sistem məlumatlarının SQL, Python və digər alətlərlə emalı, optimallaşdırılması və keyfiyyətinə nəzarət
Standart və qeyri-standart (ad-hoc) hesabatların hazırlanması və təqdim olunması
Layihələrin icrası zamanı yaranan problem və risklərin izlənməsi, məlumatlandırılması və həlli istiqamətində iştirak
Maliyyə, bank və Fintech bazarındakı yeniliklərin izlənməsi və tətbiq imkanlarının qiymətləndirilməsi
Tapşırıqların müəyyən edilmiş iş planına uyğun və vaxtında icra olunması
Fəaliyyət istiqaməti üzrə daxili prosedur, qayda və normativ sənədlərin tələblərinə uyğun digər funksiyaların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə)
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Strateji planlama, KPI idarəçiliyi, layihə idarəçiliyi, analitika və ya performans monitorinqi sahəsində təcrübə üstünlükdür
Bank və ya maliyyə sektorunda iş təcrübəsi arzuolunandır
Beynəlxalq sertifikatların (PMI, PMP, CBAP və s.) olması üstünlükdür
MS Excel və PowerPoint proqramları üzrə yaxşı biliklər
KPI və hesabatlılıq sistemləri üzrə biliklər
Data analitikası, dashboard və monitorinq alətləri ilə işləmə bacarığı
Layihə idarəçiliyi və risklərin idarə olunması üzrə biliklər
Strateji planlama və performans ölçmə mexanizmləri üzrə anlayış
Analitik hesabatların hazırlanması və təqdimat bacarıqları
Güclü analitik düşüncə və detallara diqqət
Problemlərin həlli və qərarvermə bacarığı
Komandada işləmək və effektiv koordinasiya bacarığı
Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı
Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
Liderlik, təşəbbüskarlıq və stakeholder management bacarıqları.
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16681
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000