Proqramlaşdırma şöbəsinin Baş mütəxəssisi (flutter)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Mobil bank tətbiqi üzrə təqdim edilmiş development tapşırıqlarının icrasını təmin etmək;
Yeni ekranların, istifadəçi axınlarının və funksionallıqların hazırlanması prosesində iştirak etmək;
Mövcud funksionallıqlarda dəyişikliklərin həyata keçirilməsi, optimallaşdırma və təkmilləşdirmə işlərini aparmaq;
Backend API-lərlə inteqrasiyaları həyata keçirmək, inteqrasiya zamanı yaranan problemləri araşdırmaq və həll etmək;
Aşkarlanmış bug-ları analiz etmək, yaranma səbəblərini müəyyənləşdirmək və müvafiq həllər tətbiq etmək;
Mövcud layihə strukturuna uyğun şəkildə kod yazılmasını təmin etmək və müəyyən edilmiş struktur prinsiplərinə riayət etmək;
Tapşırıqlar üzrə texniki məsələləri vaxtında müəyyənləşdirmək və uyğun həll variantları təklif etmək;
Zərurət yarandıqda mövcud kod bazasında refactoring işləri aparmaq və texniki borcun azaldılmasına töhfə vermək;
Görülən işlərlə bağlı texniki sənədləşməni yeniləmək və yeni texniki dokumentasiya hazırlamaq;
QA mərhələsində aşkar olunan problemlərin aradan qaldırılmasını təmin etmək;
Product, design, backend və QA komandaları ilə development prosesində koordinasiyalı əməkdaşlıq etmək;
Release prosesi zamanı edilən dəyişikliklərin stabil işləməsinə nəzarət etmək;
Bank tətbiqi üçün vacib olan stabil işləmə, təhlükəsizlik və istifadəçi təcrübəsi prinsiplərini development prosesində nəzərə almaq.
Tələblər
Flutter/Dart üzrə minimum 4 ildən artıq praktiki iş təcrübəsinə malik olmaq;
Production səviyyəli mobil tətbiqlərlə işləmə təcrübəsinə sahib olmaq;
Bloc/Cubit texnologiyaları ilə işləmə təcrübəsinə malik olmaq;
Clean Architecture və modular project structure prinsiplərini yaxşı səviyyədə anlamaq;
Dio, Retrofit, GetIt/Injectable və AutoRoute texnologiyaları ilə işləmə təcrübəsinə sahib olmaq;
Mövcud layihə strukturunu qısa müddətdə mənimsəmək bacarığına malik olmaq;
Kod keyfiyyəti, oxunaqlılıq və maintainability prinsiplərinə yüksək önəm vermək;
Tapşırıqları müstəqil şəkildə analiz etmək, autonom və məsuliyyətli yanaşma nümayiş etdirmək;
Solution-oriented düşüncə tərzinə sahib olmaq;
AI alətlərindən development prosesində düzgün və effektiv şəkildə istifadə etmək bacarığına malik olmaq;
Texniki dokumentasiyanı oxumaq və hazırlamaq bacarığına sahib olmaq;
Agile/Scrum mühitində komanda ilə effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq;
İngilis dilində texniki dokumentasiya ilə işləmək bacarığına sahib olmaq;
Bank və ya fintech sahəsində mobil tətbiqlərlə işləmə təcrübəsi üstünlük hesab olunur;
Android və/və ya iOS native development biliklərinin olması üstünlük hesab olunur.
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16679
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000