Operator (Call Center)

Bakı

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 5 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

“Zeytun Pharmaceuticals” şirkəti **Operator (Call Center)**axtarışındadır.

Vəzifə funksiyaları:

  • Onlayn platforma üzərindən daxil olan sifarişləri sistemdə qəbul etmək, məlumatların dəqiqliyini yoxlamaq;

  • Sifarişin mövcudluğunu müvafiq aptek filialı ilə dəqiqləşdirmək;

  • Logistika prosesini təşkil etmək: Uyğun kuryer xidmətini (məsələn: Wolt, Bolt və s.) təyin edərək sifarişin müştəriyə çatdırılmasını təmin etmək;

  • Sifarişlərin icra vəziyyətinə (statusuna) mütəmadi nəzarət etmək, gecikmə və ya uyğunsuzluq hallarında operativ müdaxilə etmək.

  • Daxil olan zəngləri korporativ etik qaydalar çərçivəsində cavablandırmaq və şifahi sifarişləri qəbul edərək sistemdə rəsmiləşdirmək;

  • Müştərilərə dərman vasitələri və aptek məhsulları haqqında ilkin (qeyri-tibbi) məlumat vermək;

  • Zəruri hallarda müştərinin daha peşəkar əczaçı məsləhəti almasını təmin etmək və ya müvafiq mütəxəssisə yönləndirmək.

Tələblər

  • Tibbi sahə üzrə orta ixtisas və ya ali təhsil (Əczaçılıq və ya tibb bacısı/qardaşı ixtisası olması üstünlükdür);

  • Müvafiq sahədə (aptek və ya müştəri xidmətləri) təcrübə olması arzuolunandır;

  • Dinamik iş mühitində çalışma bacarığı;

  • İşə qarşı məsuliyyətli və dürüst yanaşma;

  • Kollektiv daxilində effektiv ünsiyyət qurma bacarığı;

  • Verilən təlimatları və yeni sistemləri (proqram təminatlarını) sürətli qavrama;

  • İş rejiminin tələblərinə və vaxt idarəçiliyinə ciddi riayət etmək (punktuallıq).

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

  • İş qrafiki: 6 günlük iş həftəsi

  • Əmək haqqı: 600 AZN

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “Operator (Call Center)” qeyd etməyiniz xahiş olunur.

Əlaqə: 0512251598

Necə Müraciət Etmək Olar

Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Manufacturing

Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16003

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təlim və İnkişaf üzrə mütəxəssis və aparıcı mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Təlimlərin müəyyən edilməsi, planlaması, həyata keçirilməsi, uçotunun aparılması, həmçinin görülən işlərin təqib edilməs; İşçilərin təlim  ehtiyaclarını müəyyən etmək; Qlobal inkişaf və dəyişiklikləri təqib edərək işçiləri seminar və təlimlər haqqında məlumatlandırmaq; İşçilərin vəzifə standartlarında göstərilən səriştəliklərinin artırılması üçün ehtiyac duyulan təlimlərin planlanması; Xidməti fəaliyyətin ölçülməsinin nəticələrini və işçilərin hədəflərini əsas alaraq analiz aparmaq və təlim ehtiyacları təyin etmək; Təlim ehtiyaclarını analiz edilərək lazımi görüşlərin həyata keçirilməsi, elanların verilməsi, nəticələrin dəyərləndirilməsi; Ehtiyac olduğu müəyyən edilən təlim siyahısının hazırlanması; Həyata keçirilmiş təlimlərin mütəmadi olaraq nəzarətdə saxlanılması və qeydiyyatının aparılması; Həyata keçirilmiş təlimlərin məmnuniyyət nisbətinin ölçülməsi və qeydiyyatının aparılması; Sertifikatların qeydiyyatının aparılması, arxivlənməsi və işçiyə təqdim edilməsi; Struktur bölmələrinin rəhbərlərindən illik təlim tələblərinin alınması Təcrübə proqramlarının təşkili; KPİ ların müvafiq strukturlardan yığılaraq hesabatlılığının aparılması və rəhbərliyə təqdim edilməsi.