Fəhlə

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 29 may 2026

Təsvir

“Zeytun Pharmaceuticals” şirkəti Fəhlə axtarışındadır.

Vəzifə funksiyaları:

  • Anbar müdirinin tapşırıqlarına uyğun olaraq gündəlik çeşidləmə və yığım işlərini həyata keçirmək;

  • Məhsulların mədaxili zamanı qaiməyə uyğun olaraq say baxımından düzgün qəbul olunmasına kömək etmək;

  • Məhsulların anbar daxilində düzgün yerləşdirilməsi və standartlara uyğun saxlanılmasına əməl etmək;

  • Qaimədəki məhsulların yığılması zamanı istifadə müddətinə və öncəlikli yığım (FİFO) prinsiplərinə riayət etmək;

  • Gündəlik olaraq məhsulların istifadə müddəti və saxlanılma şəraitinə nəzarət etmək;

  • Məhsulların qutulara və konteynerlərə təhlükəsiz şəkildə yığılmasını təmin etmək;

  • Filiallardan gələn iadələrin qəbulunda, çeşidlənməsində və təhvil verilməsində iştirak etmək;

  • Sistem üzrə yerdəyişmə və yığım proseslərində anbar müdirinə dəstək olmaq;

  • Məhsulların zədələnmədən daşınması, yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək.

Tələblər

  • Orta təhsil

  • Anbar sistemi və tikinti sahəsində iş təcrübəsi

  • Fiziki işlərdə işləmək bacarığı

  • İşə vaxtında gəlmək və tapşırıqları dürüst yerinə yetirmək;

  • Kollektivlə işləmə bacarığı və verilən təlimatları tez qavramaq;

  • Yaş həddi: 25-35.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

  • İş qrafiki: 6 günlük iş həftəsi

  • Əmək haqqı: 600 AZN

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Əlaqə: 0512251598

Necə Müraciət Etmək Olar

Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Manufacturing

Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15498

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təlim və İnkişaf üzrə mütəxəssis və aparıcı mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Təlimlərin müəyyən edilməsi, planlaması, həyata keçirilməsi, uçotunun aparılması, həmçinin görülən işlərin təqib edilməs; İşçilərin təlim  ehtiyaclarını müəyyən etmək; Qlobal inkişaf və dəyişiklikləri təqib edərək işçiləri seminar və təlimlər haqqında məlumatlandırmaq; İşçilərin vəzifə standartlarında göstərilən səriştəliklərinin artırılması üçün ehtiyac duyulan təlimlərin planlanması; Xidməti fəaliyyətin ölçülməsinin nəticələrini və işçilərin hədəflərini əsas alaraq analiz aparmaq və təlim ehtiyacları təyin etmək; Təlim ehtiyaclarını analiz edilərək lazımi görüşlərin həyata keçirilməsi, elanların verilməsi, nəticələrin dəyərləndirilməsi; Ehtiyac olduğu müəyyən edilən təlim siyahısının hazırlanması; Həyata keçirilmiş təlimlərin mütəmadi olaraq nəzarətdə saxlanılması və qeydiyyatının aparılması; Həyata keçirilmiş təlimlərin məmnuniyyət nisbətinin ölçülməsi və qeydiyyatının aparılması; Sertifikatların qeydiyyatının aparılması, arxivlənməsi və işçiyə təqdim edilməsi; Struktur bölmələrinin rəhbərlərindən illik təlim tələblərinin alınması Təcrübə proqramlarının təşkili; KPİ ların müvafiq strukturlardan yığılaraq hesabatlılığının aparılması və rəhbərliyə təqdim edilməsi.

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

Tam Ştat

Ümumi tələblər: İnsan resursları, biznesin idarəolunması və ya digər əlaqəli sahə üzrə ali təhsil (müvafiq sahədə magistr dərəcəsinin olması üstünlükdür); Mükəmməl səviyyədə Əmək məcəlləsi bilikləri; Ofis proqramlarında işləmək bacarığı; İR əməliyyatları üzrə ən azı 2 il iş təcrübəsi; Ünsiyyət davranış, komandada işləmək, idarəetmə bacarıqları; Vəzifə öhdəlikləri: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi; Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması; İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması; İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək; İşçilərin aylıq hesabatlarının hazırlanması; İş şəraiti: İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq dəyişir. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.