İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 1 may 2026
Təsvir
Ümumi tələblər:
İnsan resursları, biznesin idarəolunması və ya digər əlaqəli sahə üzrə ali təhsil (müvafiq sahədə magistr dərəcəsinin olması üstünlükdür);
Mükəmməl səviyyədə Əmək məcəlləsi bilikləri;
Ofis proqramlarında işləmək bacarığı;
İR əməliyyatları üzrə ən azı 2 il iş təcrübəsi;
Ünsiyyət davranış, komandada işləmək, idarəetmə bacarıqları;
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
İşçilərin aylıq hesabatlarının hazırlanması;
İş şəraiti:
İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq dəyişir.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13910
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+