Operations Manager

Sumqayıt

Tam Ştat

Menecer

1.500 - 3.000 AZN

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 23 may 2026

Təsvir

Vəzifənin məqsədi:

İstehsalın planlı, fasiləsiz və effektiv idarə olunmasını təmin etmək, məhsuldarlığı artırmaq və keyfiyyət standartlarını stabil səviyyədə saxlamaq.

Üstünlüklər:

  • Mebel, fanera, ağac emalı və ya istehsal sektorunda təcrübə

  • Lean Manufacturing və ya proses optimizasiya təcrübəsi

  • ERP / Excel ilə işləmə bacarığı

Təklif edirik:

  • Rəqabətli maaş (1500 – 3000 AZN+ bonus sistemi)

  • KPI əsaslı əlavə gəlir imkanı

  • Böyüyən sənaye şirkətində yüksək vəzifə perspektivi

  • Real qərarvermə və idarəetmə səlahiyyəti

Vacib qeyd:

Bu vəzifə yalnız nəticə yönümlü, sistem qura bilən və komandanı effektiv idarə edə bilən namizədlər üçündür. Sadəcə nəzəri bilik kifayət deyil – praktiki nəticə tələb olunur.

İş haqqında

  • Minimum 5 il istehsalat sahəsində idarəetmə təcrübəsi

  • 30 + işçidən ibarət komandaya rəhbərlik təcrübəsi

  • Production Planning (PPC), Material Planning (MRP) və KPI sistemləri üzrə praktiki bilik

  • Zavod proseslərini (emal, montaj, boya və s.) başa düşmək

  • Problemləri analiz edib operativ həll etmə bacarığı

  • Nəticə yönümlü və tələbkar yanaşma/

Tələblər

  • İstehsal planlamasını qurmaq və icrasını təmin etmək (aylıq / həftəlik / gündəlik planlar)

  • Plan vs fakt analiz aparmaq və gecikmələrin səbəblərini aradan qaldırmaq

  • Təchizat (material axını) sistemini idarə etmək və istehsalda dayanmanın qarşısını almaq

  • Zavod daxilində prosesləri optimizasiya etmək (CNC, press, boya, yığım və s.)

  • Keyfiyyətə nəzarət sistemini qurmaq və brak səviyyəsini minimuma endirmək

  • KPI əsaslı işçi idarəetmə sistemi tətbiq etmək (bonus / cərimə mexanizmi)

  • Gündəlik istehsal iclaslarını təşkil etmək və operativ qərarlar vermək

  • İstehsalat xərclərini analiz etmək və optimizasiya imkanlarını tətbiq etmək

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13852

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya