Operations Manager (İstehsal - fanera və sənaye məhsulları və əməliyyatlar üzrə menecer)
Tam Ştat
Menecer
1.500 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 12 may 2026
Təsvir
Yer: Sumqayıt
Vəzifənin məqsədi
İstehsalın planlı, fasiləsiz və effektiv idarə olunmasını təmin etmək, məhsuldarlığı artırmaq və keyfiyyət standartlarını stabil səviyyədə saxlamaq.
Əsas vəzifələr
İstehsal planlamasını qurmaq və icrasını təmin etmək (aylıq / həftəlik / gündəlik planlar)
Plan vs fakt analiz aparmaq və gecikmələrin səbəblərini aradan qaldırmaq
Təchizat (material axını) sistemini idarə etmək və istehsalda dayanmanın qarşısını almaq
Zavod daxilində prosesləri optimizasiya etmək (CNC, press, boya, yığım və s.)
Keyfiyyətə nəzarət sistemini qurmaq və brak səviyyəsini minimuma endirmək
KPI əsaslı işçi idarəetmə sistemi tətbiq etmək (bonus / cərimə mexanizmi)
Gündəlik istehsal iclaslarını təşkil etmək və operativ qərarlar vermək
İstehsalat xərclərini analiz etmək və optimizasiya imkanlarını tətbiq etmək
Tələblər
Minimum 5 il istehsalat sahəsində idarəetmə təcrübəsi
30+ işçidən ibarət komandaya rəhbərlik təcrübəsi
Production Planning (PPC), Material Planning (MRP) və KPI sistemləri üzrə praktiki bilik
Zavod proseslərini (emal, montaj, boya və s.) başa düşmək
Problemləri analiz edib operativ həll etmə bacarığı
Nəticə yönümlü və tələbkar yanaşma
Üstünlüklər
Mebel, fanera, ağac emalı və ya istehsal sektorunda təcrübə
Lean Manufacturing və ya proses optimizasiya təcrübəsi
ERP / Excel ilə işləmə bacarığı
Təklif edirik
Rəqabətli maaş (1500 – 3000 Azn + bonus sistemi)
KPI əsaslı əlavə gəlir imkanı
Böyüyən sənaye şirkətində yüksək vəzifə perspektivi
Real qərarvermə və idarəetmə səlahiyyəti
Vacib qeyd - Bu vəzifə yalnız nəticə yönümlü, sistem qura bilən və komandanı effektiv idarə edə bilən namizədlər üçündür. Sadəcə nəzəri bilik kifayət deyil – praktiki nəticə tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Operations Manager”
Əlaqə: +994 10 241 91 71 Gülər xanım
Necə Müraciət Etmək Olar
SAMWOOD GROUP
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13853
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer