Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Onlayn müştəri dəstəyi üzrə mütəxəssis

Onlayn müştəri dəstəyi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

Şirkətin sosial media platformalarına (Instagram, Facebook və.s) daxil olmuş sorğuların və müraciətlərin operativ cavablandırılması;

Müştərilərin suallarının, təklif və şikayətlərinin araşdırılması və həlli üçün müvafiq bölmələrə yönləndirilməsi;

Müştərilərlə yazılı ünsiyyət zamanı etik və peşəkar kommunikasiya qaydalarına riayət edilməsi;

Onlayn kanallar vasitəsilə daxil olan müraciətlərin qeydiyyatı və izlənilməsi;

Gündəlik və aylıq əsasda müraciətlərin statistikası üzrə hesabatların hazırlanması;

Müştərilərdən daxil olan tez-tez verilən sualların analiz edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;

Sosial media üzərindən müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin imicinin qorunması;

Zərurət yarandıqda digər müştəri xidmətləri kanalları ilə koordinasiyanın təmin edilməsi.

Tələblər

Ali təhsil;

Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi;

Azərbaycan dili və Rus dilində mükəmməl yazılı ünsiyyət bacarığı (ingilis dili bilikləri üstünlükdür);

Sosial media platformaları ilə işləmə bacarığı;

Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;

Komanda ilə işləmək və məsuliyyətli yanaşma.

Necə Müraciət Etmək Olar

Azərpoçt MMC

Azərpoçt MMC

Other

Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12492

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya