Ofis meneceri

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı

  • İş qrafiki: 09:00–18:00, həftənin 5 günü

Əsas vəzifə öhdəlikləri

  • Ofisin gündəlik inzibati fəaliyyətinin təşkilinə dəstək göstərmək;

  • Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsini təmin etmək;

  • Telefon zəngləri və daxil olan müraciətlərin cavablandırılması;

  • Görüşlərin təşkili, iclas otağının hazırlanması və ofisdaxili koordinasiyanın aparılması;

  • Rəhbərlik və əməkdaşlara gündəlik inzibati məsələlərdə dəstək göstərmək;

  • Gələn və gedən sənədlərin qeydiyyatı, yönləndirilməsi və arxivləşdirilməsi;

  • Ofis ləvazimatlarının, təsərrüfat və gündəlik istifadə vasitələrinin izlənilməsi;

  • Kuryer, poçt və çatdırılma işlərinin koordinasiyası;

  • Ofisdə səliqə-sahman və ümumi iş mühitinə nəzarət;

  • Daxili kommunikasiya və ofisdaxili təşkilati məsələlərin koordinasiyası;

  • Şirkətin daxili proqram təminatında müvafiq məlumatların işlənməsi;

  • Lazım olduqda sadə hesabatların, siyahıların və gündəlik iş qeydlərinin hazırlanması.

Tələblər

  • Ali təhsil;

  • Ofis meneceri, inzibati köməkçi, resepsion və ya oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;

  • MS Office proqramları ilə işləmək bacarığı;

  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

  • Sənədlərlə işləmək və məlumatları düzgün qeyd etmək bacarığı;

  • Telefon danışıqları və işgüzar yazışma mədəniyyəti;

  • Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;

  • İngilis və rus dili biliyi üstünlük hesab olunur.

Fərdi keyfiyyətlər

  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq;

  • Ünsiyyətcil və nəzakətli davranış;

  • Təşkilatçılıq və koordinasiya bacarığı;

  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;

  • Komanda ilə işləmək bacarığı;

  • İş proseslərinə operativ yanaşmaq;

  • Yeni bilik və proqramları öyrənməyə açıq olmaq;

  • Konfidensial məlumatlara məsuliyyətlə yanaşmaq.

Namizədlər CV-lərini “Ofis meneceri” mövzusu ilə qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17116

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

HR və inzibati işlər üzrə menecer

Tam Ştat

İş şəraiti İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı İş qrafiki: 09:00–18:00, həftənin 5 günü Əmək haqqı: 1000–1500 AZN İşə başlama tarixi: 21 iyun 2026 Əsas vəzifə öhdəlikləri İnsan resurslarının planlaşdırılması və təşkilati inkişaf üzrə işlərin icrası; İşə qəbul prosesinin təşkili, vakansiyaların yerləşdirilməsi və namizədlərlə ilkin əlaqənin qurulması; Yeni əməkdaşların adaptasiya prosesinin təşkili; Əməkdaşların şəxsi işlərinin, əmək müqavilələrinin və digər HR sənədlərinin düzgün aparılması; Davamiyyət, məzuniyyət, daxili intizam və ofisdaxili qaydalarla bağlı proseslərin izlənilməsi; Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinin icrası və nəticələrin sistemləşdirilməsi; Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlimlərin təşkili; Qeyri-maddi motivasiya və əməkdaş loyallığının artırılması üzrə tədbirlərin təşkili; Bonus və mükafatlandırma sisteminin qurulmasına və idarə edilməsinə dəstək; Şirkətin daxili proqram təminatında HR və inzibati məlumatların işlənməsi; Fəaliyyət sahəsi üzrə hesabatlıq sisteminin aparılması; Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinə dəstək; Görüşlərin təşkili və ofisdaxili kommunikasiya proseslərinə nəzarət; Sahə üzrə sənədlərin arxivləşdirilməsi.