İş şəraiti
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
Əsas vəzifə öhdəlikləri
Ofisin gündəlik inzibati fəaliyyətinin təşkilinə dəstək göstərmək;
Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsini təmin etmək;
Telefon zəngləri və daxil olan müraciətlərin cavablandırılması;
Görüşlərin təşkili, iclas otağının hazırlanması və ofisdaxili koordinasiyanın aparılması;
Rəhbərlik və əməkdaşlara gündəlik inzibati məsələlərdə dəstək göstərmək;
Gələn və gedən sənədlərin qeydiyyatı, yönləndirilməsi və arxivləşdirilməsi;
Ofis ləvazimatlarının, təsərrüfat və gündəlik istifadə vasitələrinin izlənilməsi;
Kuryer, poçt və çatdırılma işlərinin koordinasiyası;
Ofisdə səliqə-sahman və ümumi iş mühitinə nəzarət;
Daxili kommunikasiya və ofisdaxili təşkilati məsələlərin koordinasiyası;
Şirkətin daxili proqram təminatında müvafiq məlumatların işlənməsi;
Lazım olduqda sadə hesabatların, siyahıların və gündəlik iş qeydlərinin hazırlanması.