HR və inzibati işlər üzrə menecer
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 19 may 2026
Son Tarix: 18 iyun 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
Əmək haqqı: 1000–1500 AZN
İşə başlama tarixi: 21 iyun 2026
Əsas vəzifə öhdəlikləri
İnsan resurslarının planlaşdırılması və təşkilati inkişaf üzrə işlərin icrası;
İşə qəbul prosesinin təşkili, vakansiyaların yerləşdirilməsi və namizədlərlə ilkin əlaqənin qurulması;
Yeni əməkdaşların adaptasiya prosesinin təşkili;
Əməkdaşların şəxsi işlərinin, əmək müqavilələrinin və digər HR sənədlərinin düzgün aparılması;
Davamiyyət, məzuniyyət, daxili intizam və ofisdaxili qaydalarla bağlı proseslərin izlənilməsi;
Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinin icrası və nəticələrin sistemləşdirilməsi;
Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlimlərin təşkili;
Qeyri-maddi motivasiya və əməkdaş loyallığının artırılması üzrə tədbirlərin təşkili;
Bonus və mükafatlandırma sisteminin qurulmasına və idarə edilməsinə dəstək;
Şirkətin daxili proqram təminatında HR və inzibati məlumatların işlənməsi;
Fəaliyyət sahəsi üzrə hesabatlıq sisteminin aparılması;
Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinə dəstək;
Görüşlərin təşkili və ofisdaxili kommunikasiya proseslərinə nəzarət;
Sahə üzrə sənədlərin arxivləşdirilməsi.
Tələblər
Ali təhsil;
İqtisadiyyat, idarəetmə, insan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
HR, inzibati işlər, ofis menecmenti və ya əlaqəli sahədə təcrübə arzuolunandır;
Ən azı 3 il iş təcrübəsi üstünlük hesab olunur;
Əczaçılıq, tibb, konsaltinq və ya beynəlxalq şirkət mühitində təcrübə əlavə üstünlükdür;
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Elektron sənəd dövriyyəsi və daxili proqram təminatı ilə işləməyə hazırlıq;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə əsas biliklər;
Rus dili yaxşı səviyyədə;
İngilis dili biliyi üstünlük hesab olunur.
Fərdi keyfiyyətlər
Məsuliyyətli, dəqiq və sistemli işləmək bacarığı;
Korporativ ünsiyyət qurmaq və davam etdirmək bacarığı;
Təşkilatçılıq və koordinasiya bacarığı;
Konfidensial məlumatlarla işləmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
İş proseslərinə operativ və məsuliyyətli yanaşma;
Yeni bilik və proqramları öyrənməyə açıq olmaq.
Şirkət tərəfindən təklif olunur
Stabil və peşəkar iş mühiti;
Əczaçılıq və səhiyyə sahəsində inkişaf imkanı;
Daxili proqram təminatı ilə işləmək üzrə praktiki təlim;
Beynəlxalq layihələrdə iştirak imkanı;
Peşəkar komandada təcrübə və inkişaf perspektivi.
Namizədlər CV-lərini “HR və inzibati işlər üzrə menecer” mövzusu ilə qeyd olunan formu dolduraraq göndərə bilərlər:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Makromed MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17114
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə