Ofis meneceri
Bakı
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
Əsas öhdəliklər:
Müəssisənin inzibati əməliyyatlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək;
Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması;
Müəssisəyə ünvanlanan elektron poçtları, zəngləri, məktubları prioritetləşdirmək və cavablandırmaq;
Direktorun iclaslarını təşkil etmək və iclas protokollarını sənədləşdirmək;
Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq;
Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə yönləndirmək;
Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi;
Sənədlərin və məlumatların məxfiliyini qorumaq;
Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək;
İnzibati işlərlə bağlı tapşırıqların yerinə yetirilməsini izləmək, bununla bağlı müəssisənin direktoruna müntəzəm olaraq hesabat vermək;
Vəzifə üzrə əsas tələblər:
İnzibati və dəstək funksiyalarının idarə olunmasında 3 illik təcrübə;
Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Vaxtın idarə edilməsi bacarıqları;
Microsoft Office (Word, Outlook, Excel) proqramları üzrə yüksək biliklərin olması;
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Office manager” qeyd edərək göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Subway Azerbaijan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15232
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor