Şirkətlərə Qayıt
Subway Azerbaijan

Subway Azerbaijan

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Subway Azerbaijan

Ofis meneceri

Subway Azerbaijan

Tam Ştat
Direktor

Əsas öhdəliklər: Müəssisənin inzibati əməliyyatlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək; Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması; Müəssisəyə ünvanlanan elektron poçtları, zəngləri, məktubları prioritetləşdirmək və cavablandırmaq; Direktorun iclaslarını təşkil etmək və iclas protokollarını sənədləşdirmək; Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq; Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə yönləndirmək; Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi; Sənədlərin və məlumatların məxfiliyini qorumaq; Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək; İnzibati işlərlə bağlı tapşırıqların yerinə yetirilməsini izləmək, bununla bağlı müəssisənin direktoruna müntəzəm olaraq hesabat vermək; Vəzifə üzrə əsas tələblər: İnzibati və dəstək funksiyalarının idarə olunmasında 3 illik təcrübə; Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı; Güclü ünsiyyət və təqdimat bacarıqları; Vaxtın idarə edilməsi bacarıqları; Microsoft Office (Word, Outlook, Excel) proqramları üzrə yüksək biliklərin olması; Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Office manager” qeyd edərək göndərə bilərlər.