Ofis Meneceri

Tam Ştat

Menecer

700 AZN-dən

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

  • Ali təhsil;

  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;

  • MS Office proqramlarını və ofis texnikasından istifadə qaydalarını bilməli;

  • 1C 8.3 ERP proqramından yüksək səviyyədə istifadə bacarıqları mütləqdir;

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1-3 il;

  • Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır;

  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;

İş barədə məlumat:

  • Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi

  • Ofis daxili gündəlik işlərin təşkili və koordinasiyası

  • Sənədlərlə işləmə və kargüzarlıq bacarığı

  • İşçi heyəti və digər struktur bölmələri ilə koordinasiyalı işin təşkili

  • Tapşırıqların operativ icra edilməsi.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Gross 700 Azn

  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

  • Korporativ nömrə və danışıq balans

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Ofis Meneceri” sözünü qeyd edərək göstərilən e-ünvanına göndərsinlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10165

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş direktorun köməkçisi

Tam Ştat

Ali təhsil Yaş həddi: 21-30; Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü Kollektivlə ünsiyyət qurma bacarığı Stresə davamlı, kommunikasiya qabiliyyətli, özünü inkişaf etdirməyə həvəsli olmalıdır Səliqəli və ciddi xarici görünüş MS Office, 1C 8.3 ERP proqramlarını yaxşı səviyyədə istifadə bacarıqları; Müvafiq sahədə min. 2 il təcrübə İş barədə məlumat: Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması; İmzaya təqdim edilən sənədlər barədə rəhbərə məlumatın verilməsi; Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması; Təsdiqlənmiş sənədlərin skan edilməsi və sənəd dövriyyəsinə yerləşdirilməsi; Baş direktorun görüşlərinin təşkili, izlənilməsi, vacib qeydlərin aparılması, onlayn görüşlərin yaradılması; Baş direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi; çay kofe təqdim olunması; Baş direktorun tapşırıqlarına əsasən, işlərin icrası, ve yekun məlumatlandırılması; Ofisdaxili və xarici görüşlərin planlaşdırılması Əlavə məlumatlar: Əmək haqqı: 700 AZN (gross) İş qrafiki: 5 gün, 09:00 – 18:00 Korporativ nömrə və danışıq balansı Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş direktorun köməkçisi” sözlərini qeyd edərəkgöstərilən e-ünvanına göndərsinlər.

Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis

Tam Ştat

Ali Hüquq təhsili; Yaş həddi: 25-40; Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3; Kommersiya hüququ bilikləri; Müqavilələrlə işləmə təcrübəsi ən azı 3 il; Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı; Gözlənilən müvafiq təcrübə: Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi; Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi; Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s.; Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı; Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları; Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları. Əsas öhdəlikləri: Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir; Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir; Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir; Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir; Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir; Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir; Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir; Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir; Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir. Əlavə məlumatlar: Əmək haqqı: ştat cədvəlinə uyğun İş qrafiki: 5 gün, 09:00 – 18:00 Korporativ nömrə və danışıq balansı Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis” yazmaqla göstərilən elektron poçt ünvanına göndərə bilərlər.