Ana Səhifə
Vakansiyalar
Hüquq
Hüquqşünas (ümumi)

Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis

Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 fevral 2026

Son Tarix: 4 mart 2026

Təsvir

  • Ali Hüquq təhsili;

  • Yaş həddi: 25-40;

  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;

  • Kommersiya hüququ bilikləri;

  • Müqavilələrlə işləmə təcrübəsi ən azı 3 il;

  • Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;

Gözlənilən müvafiq təcrübə:

  • Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;

  • Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;

  • Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s.;

  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;

  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;

  • Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.

Əsas öhdəlikləri:

  • Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;

  • Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;

  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;

  • Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;

  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;

  • Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;

  • Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;

  • Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;

  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Əlavə məlumatlar:

  • Əmək haqqı: ştat cədvəlinə uyğun

  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

  • Korporativ nömrə və danışıq balansı

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis” yazmaqla göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7441

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş direktorun köməkçisi

Tam Ştat

Ali təhsil Yaş həddi: 21-30; Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü Kollektivlə ünsiyyət qurma bacarığı Stresə davamlı, kommunikasiya qabiliyyətli, özünü inkişaf etdirməyə həvəsli olmalıdır Səliqəli və ciddi xarici görünüş MS Office, 1C 8.3 ERP proqramlarını yaxşı səviyyədə istifadə bacarıqları; Müvafiq sahədə min. 2 il təcrübə İş barədə məlumat: Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması; İmzaya təqdim edilən sənədlər barədə rəhbərə məlumatın verilməsi; Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması; Təsdiqlənmiş sənədlərin skan edilməsi və sənəd dövriyyəsinə yerləşdirilməsi; Baş direktorun görüşlərinin təşkili, izlənilməsi, vacib qeydlərin aparılması, onlayn görüşlərin yaradılması; Baş direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi; çay kofe təqdim olunması; Baş direktorun tapşırıqlarına əsasən, işlərin icrası, ve yekun məlumatlandırılması; Ofisdaxili və xarici görüşlərin planlaşdırılması Əlavə məlumatlar: Əmək haqqı: 700 AZN (gross) İş qrafiki: 5 gün, 09:00 – 18:00 Korporativ nömrə və danışıq balansı Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş direktorun köməkçisi” sözlərini qeyd edərəkgöstərilən e-ünvanına göndərsinlər.