Nəqliyyat və Logistika üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Aylıq əsasda nəqliyyat vasitəsinin son km göstəricisini, yanacaq qəbzlərini və yol vərəqəsini aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək.
Avtomobillərin texniki baxışdan keçirilməsinə nəzarət etmək.
Avtomobilləri istismar təlimatlarına uyğun olaraq vaxtlı-vaxtında servis mərkəzində texniki xidmət və texniki baxışdan keçirilməsinə nəzarət etmək
Avtomobilin yeni sürücüyə təhvil verilməsi və ya sürücü işdən ayrılanda təhvil alınması, akt (avtomobil texniki baxışdan keçirilməli və sənəd akta tikilməıli, yararlı olması, xarici görnüşündə hər hansı qüsurun olmaması və s. qeyd edilməklə) əsasında həyata keçirmək
GPS qurğuları üzrə sürücülərin hərəkətinə nəzarət etmək;
Tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr:
Logistika və nəqliyyat üzrə ən azı 3 il iş təcrübəsi.
MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə; (1C 8.3 proqramında işləmək).
Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət).
Şəxsi keyfiyyətləri:
Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
Prioritetləşdirmə, vaxtın planlanması;
Komandada effektiv işləmək bacarığı;
Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.
Əlavə məlumatlar:
İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək.
İş yeri: Badamdar Estates (Mikayil Müşviq küç.1C).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Nəqliyyat və Logistika üzrə mütəxəssis yazaraq göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Predsol
Other
Predsol sənaye və biznes subyektləri üçün mühəndislik, texniki təchizat və sənaye həlləri təqdim edən şirkət kimi fəaliyyət göstərir. Şirkət müxtəlif istehsal və infrastruktur layihələri üçün avadanlıqların seçimi, təchizatı və tətbiqi üzrə xidmətlər göstərir, müştərilərə operativ və effektiv texniki dəstək təmin etməyi hədəfləyir. Predsol fəaliyyətində keyfiyyət, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. Şirkət beynəlxalq istehsalçılarla əməkdaşlıq edərək sənaye müəssisələrinin texniki modernizasiyasına və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş həllər təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10951
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
11-50