Ana Səhifə
Vakansiyalar

Nəqliyyat və Aqro Xidmətlər üzrə Baş Mütəxəssis

Nəqliyyat və Aqro Xidmətlər üzrə Baş Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 30 yanvar 2026

Təsvir

Tender və Bidding Proseslər

  • Nəqliyyat və aqro-servis istiqamətləri üzrə tender (bidding) proseslərinin təşkili və icrası

  • Tenderlərin keçirilməsi üçün şərtlər toplusunun (TOR / Technical Specification) hazırlanmasında iştirak

  • Tender iştirakçılarına dəvət məktublarının və sorğuların göndərilməsi

  • Tender müddətində daxil olan təkliflərin qəbulu, qeydiyyatı və sistemləşdirilməsi

  • Tender prosesi zamanı iştirakçıların sorğularının cavablandırılması və rəsmi yazışmaların aparılması

İştirakçı Sənədlərinin Yoxlanılması (Pre-qualification)

  • Tender iştirakçıları tərəfindən təqdim olunan sənədlərin ilkin yoxlanılması, o cümlədən:

  • vergi və dövlət reyestri sənədləri,

  • maliyyə və vergi borcu ilə bağlı arayışlar,

  • referenslər və icra olunmuş işlərə dair sənədlər,

  • texniki imkanlar və texnika parkının mövcudluğunu təsdiq edən sənədlər

  • Sənədlərin tender şərtlərinə uyğunluğunun formallıq və tamlıq baxımından qiymətləndirilməsi

  • Çatışmazlıqlar və uyğunsuzluqlar barədə iştirakçılara rəsmi bildirişlərin göndərilməsi

Qiymətləndirmə

  • Daxil olmuş texniki və kommersiya təklifləri əsasında müqayisəli cədvəllərin hazırlanması

  • Qiymətləndirmə nəticələrinin rəhbərliyə təqdim edilməsi

ERP Sistemi ilə İş

  • Tender nəticələrinin ERP sisteminə daxil edilməsi (PR, PO, Payment Request və s.)

  • ERP sistemində məlumatların dəqiqliyinə, tamlığına və vaxtında daxil edilməsinə nəzarət

  • Tender, müqavilə və ödəniş prosesləri üzrə məlumatların sistem üzərindən izlənməsi

Hüquq Şöbəsi ilə Koordinasiya

  • Tender qalibləri üzrə müqavilələrin hazırlanması üçün zəruri sənədlərin toplanması və hüquq şöbəsinə təqdim edilməsi

  • Hüquq şöbəsinin tələbi əsasında əlavə məlumat və sənədlərin təmin edilməsinə dəstək

Hesabatlılıq və Nəzarət

  • Keçirilmiş tenderlər üzrə müntəzəm hesabatların hazırlanması

  • Tender statusları, iştirakçılar və nəticələr barədə şəffaf və sistemli məlumat axınının təmin edilməsi

  • Daxili prosedur və nəzarət mexanizmlərinə uyğunluğun təmin olunmasına dəstək

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, logistika, təchizat zənciri, maliyyə, menecment sahələri üzrə).

  • Təchizat, satınalma, logistika və ya nəqliyyat xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.

  • Tender proseslərinin aparılması üzrə praktiki təcrübə (RFQ, RFP).

  • SAP sistemində praktik işləmə bacarığı:

  1. PR və PO sənədlərinin yaradılması,

  2. müqavilələrlə işləmə,

  3. invoys və ödəniş sorğularına nəzarət.

  • Azərbaycan və Rus dillərini bilmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5099

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Logistika üzrə baş mütəxəssis-Qarabağ

Tam Ştat

1. Koordinasiya və əməliyyat idarəetməsi Torpaq hazırlığı, səpin, məhsul yığımı və məhsulun daşınması daxil olmaqla sahə və logistika işlərinin koordinasiyası. İşlərin icrası zamanı podratçı və subpodratçılarla birbaşa operativ əlaqənin təmin edilməsi. Təsdiq edilmiş qrafik və həcmlərə uyğun olaraq faktiki işlərin gedişinə nəzarət. İş prosesində yaranan cari problemlərin operativ həlli (texnikanın dayanması, qrafikdən kənara çıxmalar, resurs çatışmazlığı, hava şəraiti və s.). 2. Müqavilə öhdəliklərinin icrasına nəzarət Podratçılar tərəfindən görülən işlərin müqavilə şərtlərinə (həcm, müddət, texniki tələblər) tam uyğun icrasına nəzarət. Müqavilə şərtlərindən kənarlaşmaların qeydə alınması və düzəldici tədbirlərin təşəbbüsü. Zərurət yarandıqda cərimə sanksiyalarının və ödənişlərdə korrektələrin tətbiqi üçün müvafiq məlumatların hazırlanması. 3. GPS və texniki nəzarət (giriş təmin edildiyi halda) Podratçı texnikasının hərəkətinin və iş prosesinin GPS sistemləri vasitəsilə monitorinqi. GPS məlumatlarının bəyan edilmiş iş həcmləri ilə (ha, km, reys, iş saatı) müqayisəsi. Uyğunsuzluqların aşkarlanması (iş həcmlərinin şişirdilməsi, texnikanın boşdayanması, təyinatdan kənar istifadə və s.). Daxili nəzarət və maliyyə təsdiqi məqsədilə GPS məlumatları əsasında hesabatların hazırlanması. 4. Sənədləşmə və hesabatlılıq Podratçılardan ilkin sənədlərin (yerinə yetirilmiş işlərə dair aktlar, yol vərəqələri, qaimələr, GPS hesabatları və s.) toplanması və yoxlanılması. Təsdiqedici sənədlərin maliyyə, satınalma və hüquq şöbələrinə təqdim edilməsi. Yerinə yetirilmiş işlər üzrə gündəlik, həftəlik və mərhələli hesabatların hazırlanmasında iştirak. 5. Risklərin idarə edilməsi və komplayens Podrat işləri zamanı əməliyyat və logistika risklərinin müəyyən edilməsi. Podratçıların əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayətinə nəzarət. Mübahisəli hallar, insidentlər və dayanmalar üzrə araşdırmalarda iştirak.