Logistika üzrə baş mütəxəssis-Qarabağ
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
1. Koordinasiya və əməliyyat idarəetməsi
Torpaq hazırlığı, səpin, məhsul yığımı və məhsulun daşınması daxil olmaqla sahə və logistika işlərinin koordinasiyası.
İşlərin icrası zamanı podratçı və subpodratçılarla birbaşa operativ əlaqənin təmin edilməsi.
Təsdiq edilmiş qrafik və həcmlərə uyğun olaraq faktiki işlərin gedişinə nəzarət.
İş prosesində yaranan cari problemlərin operativ həlli (texnikanın dayanması, qrafikdən kənara çıxmalar, resurs çatışmazlığı, hava şəraiti və s.).
2. Müqavilə öhdəliklərinin icrasına nəzarət
Podratçılar tərəfindən görülən işlərin müqavilə şərtlərinə (həcm, müddət, texniki tələblər) tam uyğun icrasına nəzarət.
Müqavilə şərtlərindən kənarlaşmaların qeydə alınması və düzəldici tədbirlərin təşəbbüsü.
Zərurət yarandıqda cərimə sanksiyalarının və ödənişlərdə korrektələrin tətbiqi üçün müvafiq məlumatların hazırlanması.
3. GPS və texniki nəzarət (giriş təmin edildiyi halda)
Podratçı texnikasının hərəkətinin və iş prosesinin GPS sistemləri vasitəsilə monitorinqi.
GPS məlumatlarının bəyan edilmiş iş həcmləri ilə (ha, km, reys, iş saatı) müqayisəsi.
Uyğunsuzluqların aşkarlanması (iş həcmlərinin şişirdilməsi, texnikanın boşdayanması, təyinatdan kənar istifadə və s.).
Daxili nəzarət və maliyyə təsdiqi məqsədilə GPS məlumatları əsasında hesabatların hazırlanması.
4. Sənədləşmə və hesabatlılıq
Podratçılardan ilkin sənədlərin (yerinə yetirilmiş işlərə dair aktlar, yol vərəqələri, qaimələr, GPS hesabatları və s.) toplanması və yoxlanılması.
Təsdiqedici sənədlərin maliyyə, satınalma və hüquq şöbələrinə təqdim edilməsi.
Yerinə yetirilmiş işlər üzrə gündəlik, həftəlik və mərhələli hesabatların hazırlanmasında iştirak.
5. Risklərin idarə edilməsi və komplayens
Podrat işləri zamanı əməliyyat və logistika risklərinin müəyyən edilməsi.
Podratçıların əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayətinə nəzarət.
Mübahisəli hallar, insidentlər və dayanmalar üzrə araşdırmalarda iştirak.
Tələblər
Ali təhsil
Logistika, təchizat, nəqliyyat və ya əməliyyat sahəsində minimum 5 il iş təcrübəsi.
Podratçı və subpodratçılarla işləmə təcrübəsi.
Dil bilikləri
Azərbaycan dili – sərbəst.
Rus dili – orta səviyyədə.
Kompüter bilikləri
MS Excel – yaxşı səviyyədə (cədvəllər, formulalar, analiz).
MS Office proqramları ilə işləmə bacarığı.
Şəxsi keyfiyyətlər
Yüksək məsuliyyət və intizam.
Operativ qərarvermə və problem həll etmə bacarığı.
Stressə davamlılıq və sahə şəraitində işləmə qabiliyyəti.
Ünsiyyət və koordinasiya bacarıqları.
Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı.
Digər tələblər
Ezamiyyətlərə hazır olmaq.
B kateqoriyalı sürücülük vəsiqəsi.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Agro Dairy LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4137
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə