Agro Dairy Akademik Mükəmməllik Təqaüdü Proqamı 2026
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 18 yanvar 2026
Təsvir
Agro Dairy şirkətləri ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq çərçivəsində yüksək akademik göstəricilərə malik tələbələrin dəstəklənməsi məqsədilə "Agro Dairy Akademik Mükəmməllik Təqaüd Proqramı 2026" start verilir.
Proqramın məqsədi:
Proqramın əsas məqsədi tələbələrin akademik nailiyyətlərini təşviq etmək, onların şəxsi və peşəkar inkişafına, eyni zamanda gənc istedadların potensialının reallaşdırılmasına töhfə verməkdir.
Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində həyata keçirilən “Agro Dairy Akademik Mükəmməllik Təqaüd Proqramı 2026” yüksək akademik göstəriciləri ilə seçilən tələbələri təhsilə daha çox həvəsləndirməyi, yüksək potensiala malik gənclərin gələcək karyera inkişafını dəstəkləməyi hədəfləyir.
Təqaüd Proqramı kimlər üçün nəzərdə tutulub?
Yalnız Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan tələbələr
Orta müvəffəqiyyət göstəricisi 85–100 bal intervalında olan tələbələr
Təqaüdü təqdim edən biznes istiqamətləri, uyğun fakültələr və ixtisaslar haqqında məlumat:
Bitkiçilik (Crop)
Uyğun fakültələr:
Aqronomluq fakültəsi
Mühəndislik fakültəsi
Əsas ixtisaslar:
Aqronomluq
Aqromühəndislik
Taxıl Emalı (Grain Processing)
Uyğun fakültələr:
Aqrotexnologiya fakültəsi
Mühəndislik fakültəsi
Əsas ixtisaslar:
Qida mühəndisliyi
Elektrik mühəndisli
Heyvandarlıq (Livestock)
Uyğun fakültələr:
Baytarlıq təbabəti fakültəsi
Zoomühəndislik fakültəsi
Əsas ixtisaslar
Baytarlıq təbabəti
Zoomühəndislik
Süd Emalı Zavodu (Dairy Factory)
Uyğun fakültələr:
Aqrotexnologiya fakültəsi
Mühəndislik fakültəsi
Əsas ixtisaslar
Qida mühəndisliyi
Elektrik mühəndisliyi
Əlavə olaraq aşağıdakı fakultə və ixtisasda təhsil alan tələbələr müraciət edə bilərlər:
Fakültə:
Aqrar İqtisadiyyat fakültəsi
Əsas ixtisaslar:
Maliyyə
Mühasibat
İqtisadiyyat
Qeyd:Təqaüd proqramının detalları seçilmiş tələbələrlə ayrıca paylaşılacaq.
Tələblər
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi olmaq
Orta müvəffəqiyyət göstəricisi 85–100 bal intervalına sahib olmaq
Analitik düşünmə və problem həll etmə bacarığı
Komanda daxilində effektiv əməkdaşlıq və ünsiyyət qabiliyyəti
Akademik və ya praktik layihələrdə, eləcə də sosial təşəbbüslərdə aktiv iştirak
Aqrar və ərzaq sənayesində uzunmüddətli karyera hədəfinin olması
Müraciət linkində göstərilən bütün sualların cavablandırılması
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Agro Dairy LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4135
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə