Ana Səhifə
Vakansiyalar

Kiçik anbardar-Padarçöl təsərrüfatı

Kiçik anbardar-Padarçöl təsərrüfatı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 30 yanvar 2026

Təsvir

  • Anbarlara mal-materialın təhvil-təslim sənədlərinə əsasən təhlükəsizlik tələblərinə uyğun şəkildə qəbul edilməsi işinin təşkil edilməsini təmin etmək;

  • Anbarda mal və materialların müvafiq qanuna uyğunluqla ( FİFO sistemi üzrə ) çeşitlənib, yığılmasını və yerləşdirilməsini təmin etmək;

  • Anbardan mal-materialın şifarişçinin tələbnaməsinə uyğun olaraq yığılıb təhvilə hazırlanmasını, həmçin anbardan satışlar zamanı satış proseslərini təşkil etmək;

  • Anbarlarda rüblük sayımlarında iştirak etmək;

  • Anbarda qəbul və təhvil verilmə əməliyyatları barədə mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;

  • Anbar əməliyyatları zamanı əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etmək;

  • Anbar əməliyyatlarının ERP sistemində Mal və material uçotunun aparılması üçün qurulmuş mühasibat proqramlarından istifadə edərək onlayn və ya real vaxt rejimində məlumatları daxil etmək.

Tələblər

  • Təhsil: Orta təhsil. Ali təhsil (üstünlükdür);

  • İş təcrübəsi: Minimum 1-3 il iş təcrübəsi;

  • Kompüter bilikləri üzrə : MS Office (xüsusi ilə Excel),Outlook , SAP (anbar modulu), 1C;

  • Komanda ilə işləmək bacarığı;

  • Ünsiyyət, işgüzarlıq, çeviklik;

  • İdarəetmə bacarığı;

  • Analitik düşünmə bacarığı.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4136

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Agro Dairy Akademik Mükəmməllik Təqaüdü Proqamı 2026

Tam Ştat

Agro Dairy şirkətləri ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq çərçivəsində yüksək akademik göstəricilərə malik tələbələrin dəstəklənməsi məqsədilə "Agro Dairy Akademik Mükəmməllik Təqaüd Proqramı 2026" start verilir. Proqramın məqsədi: Proqramın əsas məqsədi tələbələrin akademik nailiyyətlərini təşviq etmək, onların şəxsi və peşəkar inkişafına, eyni zamanda gənc istedadların potensialının reallaşdırılmasına töhfə verməkdir. Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində həyata keçirilən “Agro Dairy Akademik Mükəmməllik Təqaüd Proqramı 2026” yüksək akademik göstəriciləri ilə seçilən tələbələri təhsilə daha çox həvəsləndirməyi, yüksək potensiala malik gənclərin gələcək karyera inkişafını dəstəkləməyi hədəfləyir. Təqaüd Proqramı kimlər üçün nəzərdə tutulub? Yalnız Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan tələbələr Orta müvəffəqiyyət göstəricisi 85–100 bal intervalında olan tələbələr Təqaüdü təqdim edən biznes istiqamətləri, uyğun fakültələr və ixtisaslar haqqında məlumat: Bitkiçilik (Crop) Uyğun fakültələr: Aqronomluq fakültəsi Mühəndislik fakültəsi Əsas ixtisaslar: Aqronomluq Aqromühəndislik Taxıl Emalı (Grain Processing) Uyğun fakültələr: Aqrotexnologiya fakültəsi Mühəndislik fakültəsi Əsas ixtisaslar: Qida mühəndisliyi Elektrik mühəndisli Heyvandarlıq (Livestock) Uyğun fakültələr: Baytarlıq təbabəti fakültəsi Zoomühəndislik fakültəsi Əsas ixtisaslar Baytarlıq təbabəti Zoomühəndislik Süd Emalı Zavodu (Dairy Factory) Uyğun fakültələr: Aqrotexnologiya fakültəsi Mühəndislik fakültəsi Əsas ixtisaslar Qida mühəndisliyi Elektrik mühəndisliyi Əlavə olaraq aşağıdakı fakultə və ixtisasda təhsil alan tələbələr müraciət edə bilərlər: Fakültə: Aqrar İqtisadiyyat fakültəsi Əsas ixtisaslar: Maliyyə Mühasibat İqtisadiyyat Qeyd:Təqaüd proqramının detalları seçilmiş tələbələrlə ayrıca paylaşılacaq.

Logistika üzrə baş mütəxəssis-Qarabağ

Tam Ştat

1. Koordinasiya və əməliyyat idarəetməsi Torpaq hazırlığı, səpin, məhsul yığımı və məhsulun daşınması daxil olmaqla sahə və logistika işlərinin koordinasiyası. İşlərin icrası zamanı podratçı və subpodratçılarla birbaşa operativ əlaqənin təmin edilməsi. Təsdiq edilmiş qrafik və həcmlərə uyğun olaraq faktiki işlərin gedişinə nəzarət. İş prosesində yaranan cari problemlərin operativ həlli (texnikanın dayanması, qrafikdən kənara çıxmalar, resurs çatışmazlığı, hava şəraiti və s.). 2. Müqavilə öhdəliklərinin icrasına nəzarət Podratçılar tərəfindən görülən işlərin müqavilə şərtlərinə (həcm, müddət, texniki tələblər) tam uyğun icrasına nəzarət. Müqavilə şərtlərindən kənarlaşmaların qeydə alınması və düzəldici tədbirlərin təşəbbüsü. Zərurət yarandıqda cərimə sanksiyalarının və ödənişlərdə korrektələrin tətbiqi üçün müvafiq məlumatların hazırlanması. 3. GPS və texniki nəzarət (giriş təmin edildiyi halda) Podratçı texnikasının hərəkətinin və iş prosesinin GPS sistemləri vasitəsilə monitorinqi. GPS məlumatlarının bəyan edilmiş iş həcmləri ilə (ha, km, reys, iş saatı) müqayisəsi. Uyğunsuzluqların aşkarlanması (iş həcmlərinin şişirdilməsi, texnikanın boşdayanması, təyinatdan kənar istifadə və s.). Daxili nəzarət və maliyyə təsdiqi məqsədilə GPS məlumatları əsasında hesabatların hazırlanması. 4. Sənədləşmə və hesabatlılıq Podratçılardan ilkin sənədlərin (yerinə yetirilmiş işlərə dair aktlar, yol vərəqələri, qaimələr, GPS hesabatları və s.) toplanması və yoxlanılması. Təsdiqedici sənədlərin maliyyə, satınalma və hüquq şöbələrinə təqdim edilməsi. Yerinə yetirilmiş işlər üzrə gündəlik, həftəlik və mərhələli hesabatların hazırlanmasında iştirak. 5. Risklərin idarə edilməsi və komplayens Podrat işləri zamanı əməliyyat və logistika risklərinin müəyyən edilməsi. Podratçıların əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayətinə nəzarət. Mübahisəli hallar, insidentlər və dayanmalar üzrə araşdırmalarda iştirak.