Nəqliyyat İstismar Nəzarətçisi

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 16 mart 2026

Təsvir

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Nəqliyyat İstismar Nəzarətçisi vakansiyası üzrə namizəd axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Sahədə istifadə olunan bütün nəqliyyat vasitələrinin (yük maşınları, xüsusi texnika, minik avtomobilləri və s.) işinə nəzarət etmək

  • Nəqliyyat vasitələrinin texniki vəziyyətini gündəlik və periodik olaraq yoxlamaq

  • Texniki baxış və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək

  • Yanacaq sərfiyyatına nəzarət etmək və müvafiq hesabatlar aparmaq

  • Rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək

  • Sahədə nəqliyyatla bağlı sənədləşməni düzgün aparmaq

  • Nəqliyyat vasitələrinin texniki saz vəziyyətdə saxlanılmasını təmin etmək

  • Nəqliyyatın təhlükəsiz və effektiv idarə olunmasına nəzarət etmək

  • Yanacaq və texniki materialların düzgün və qənaətli istifadəsini təmin etmək

  • Sürücülərin yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək

  • Nəqliyyatla bağlı hesabatların düzgünlüyünü təmin etmək

  • Qəza və intizam pozuntularının qarşısının alınması istiqamətində tədbirlər görmək

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)

  • Müvafiq sahə üzrə minimum 2–5 il iş təcrübəsi

  • Nəqliyyat vasitələrinin texniki quruluşunu bilmə

  • Komanda ilə işləmə və idarəetmə bacarığı

  • Ezamiyyətə getmək və sahə şəraitində işləmək imkanı

  • Məsuliyyətlilik və nizam-intizam

Əmək şəraiti:

  • İş yeri: Əsasən bölgələr (Daşkəsən, Kəlbəcər)

  • İş qrafiki: 6 günlük

  • Əmək haqqı: 800 Azn

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək  qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8814

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya