Nasos qurğularının maşinisti (Bakı, Yevlax)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 9 mart 2026
Təsvir
Neft, mazut, qətran və digər qatı mayelər vuran nasos qurğularına xidmət etmək;
Mühərrik və nasosları işə salmaq və dayandırmaq;
Qurğu və avadanlıqların işindəki nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
Qurğunun işi haqqında texniki uçot və hesabat aparmaq;
Nasos avadanlığının cari təmirini yerinə yetirmək;
Orta və əsaslı təmirdə iştirak etmək;
Nasosla texniki meydançalardan vurulan neftin təzyiqinə nəzarət etmək;
Nasosların işi haqqında qeydləri aparmaq;
İş yerində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) qaydalarına riayət etmək.
Tələblər
Müvafiq sahə üzrə peşə təhsili;
Nasos qurğularının istismarı üzrə sertifikat və ya vəsiqə;
Nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtləri barədə biliklər;
Nasos qurğularının quruluşu və konstruksiyası haqqında biliklər.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9914
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+