Müştərilərə satış və xidmət üzrə kiçik mütəxəssis - Bakı
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 28 may 2026
Təsvir
Görəcəyiniz işlər:
Təhkim olunmuş cari korporativ və pərakəndə müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
Yeni korporativ və pərakəndə müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;
Müştərilərin sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımi işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
Ali iqtisadi təhsilə;
Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır;
Korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübəyə;
Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
Stresə davamlılığa;
Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16567
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə
Şirkət Ölçüsü
1000+