Müştəri təcrübəsinin tətbiqi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Bakı,, Azərbaycan
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Yerli və beynəlxalq bazarda müştəri təcrübəsi üzrə qabaqcıl təcrübələri araşdırmaq və
tətbiq imkanlarını təhlil etmək
Müştəri yol xəritələrini (Customer Journey Maps) hazırlamaq, mövcud olanları təhlil və
optimizasiya etmək
İstifadəçi təcrübəsi ilə bağlı problemləri müəyyən etmək, kök səbəb analizi aparmaq və
həll təklifləri hazırlamaq
Rəqəmsal məhsul və xidmətlərin təkmilləşdirilməsi məqsədilə IT, Biznes, Data və UX/UI
komandaları ilə sıx əməkdaşlıq etmək
Yeni və ya təkmilləşdirilən xidmətlərin tətbiqi prosesində iştirak etmək və müştəri
təcrübəsi baxımından qiymətləndirmək
Müştəri davranışları, rəqəmsal istifadə göstəriciləri və müştəri rəyləri əsasında inkişaf
sahələrini müəyyənləşdirmək
Müştəri təcrübəsi üzrə təşəbbüslərin effektivliyini ölçmək və nəticələr üzrə hesabatlar
hazırlamaq
Şöbənin strateji təşəbbüslərinin icrasında metodoloji dəstək göstərmək.
Tələblər
Ali təhsil;
Sahə üzrə müvafiq təcrübə;
Komandada işləmək bacarığı;
Ünsiyyət qurma bacarığı;
Xarici dil biliyinin olması arzu olunandır;
Kreativlik, təşəbbüskarlıq və operativlik.
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16677
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000