Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Müştəri Müraciətlərinin Təhlili və Həlli şöbəsinin rəhbəri olaraq, şirkətə daxil olan müştəri müraciətlərinin effektiv və vaxtında idarə olunmasına, müştəri məmnuniyyətinin yüksəldilməsinə, şikayətlərin kök səbəblərinin təhlilinə və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik edəcək, həmçinin şöbə əməkdaşlarının inkişafı və performansının idarə olunmasına məsul olacaqsınız.
Öhdəliklər
Şikayətlərin araşdırılması və vaxtında həllinin təmin edilməsi, kompleks və həssas halların şəxsən idarə olunması
Şikayətlərin kök səbəbinin analizi və təkrarlanmaması üçün tədbirlər planının hazırlanması
Aylıq və rüblük şikayət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Müştəri məmnuniyyəti göstəricilərinin (NPS, CSAT) izlənməsi və yaxşılaşdırılması üçün tədbirlərin görülməsi
Müştəri yönümlü strategiyanın hazırlanması və tətbiqi
Şöbə əməkdaşlarının işinin təşkili və performansına nəzarət, təlim və inkişaf planlarının hazırlanması
KPI-ların müəyyən edilməsi və izlənilməsi
Digər struktur şöbələrlə sıx əməkdaşlıq və müştəri problemlərinin sistemli həlli üçün daxili prosedurların hazırlanması
Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Şikayətlərin idarə olunması üçün avtomatlaşdırma və digital həllərin tətbiqi
Şirkətin reputasiyasının qorunması
Birbaşa rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıqların icrası
Bilik və Bacarıqlar
Sığorta qanunvericiliyi, sığorta məhsulları və xidmətləri üzrə geniş bilik
Şikayətlərin idarə olunması və mübahisələrin həlli metodologiyaları
Analitik və strateji düşüncə, qərarvermə bacarıqları
Problemin kök səbəb analizini aparmaq (root cause analysis)
Komanda idarəetməsi və liderlik
Dəyişikliklərin idarə olunması
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya
Çətin müştərilərlə effektiv ünsiyyət və empati qurmaq
Aktiv dinləmə və problemi həll etmə bacarığı
CRM sistemləri ilə işləmək bacarığı
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Ali təhsil (magistr dərəcəsi üstünlükdür)
Müştəri müraciətlərinin idarə olunması, sığorta və ya müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
Müvafiq sahə üzrə və keyfiyyət sertifikatları
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada çalışma imkanı
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti
Yenilikçi və dinamik iş mühiti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14252
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000