Ana Səhifə
Vakansiyalar

Müqavilələrin tərtibatı və sənədlərlə iş üzrə mütəxəssis

Müqavilələrin tərtibatı və sənədlərlə iş üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 9 iyun 2026

Təsvir

  • Müxtəlif tipli mülki-hüquqi müqavilələrin, əlavələrin və digər razılaşmaların hazırlanmasını icra etmək;

  • Kontragentlərlə razılaşdırılmış müqavilələrin elektron sənəd dövriyyəsinə yüklənməsi və icra edilməsi, fiziki olaraq imzalanıb möhürlənməsi, daha sonra ödənişə təqdim edilməsi, reyestrə işlənməsi və tender qovluğuna yerləşdirilməsi, rəhbərliyə və aidiyyəti şöbələrin əməkdaşlarına email vasitəsilə məlumatın çatdırılması işlərini həyata keçirmək;

  • Daxili və xarici kontragentlərə məktubların tərtib edilərək göndərilməsi, müvafiq olaraq elektron sənəd dövriyyəsinə əlavə edilməsini təmin etmək;

  • Müqavilələrin mövcud qanunvericiliyə uyğunluğunu nəzərdən keçirmək;

  • Hazır müqavilələrin digər orijinal nüsxələrinin kontragentlərə təhvil verilməsi və göndərilmə qeydiyyatını müntəzəm olaraq yazılı şəkildə həyata keçirmək;

  • Müqavilə və sənədlərin qeydiyyatı ilə əlaqədar müqavilə reyestrinə nəzarətin həyata keçirmək;

  • Müqavilələrin tərtib edilməsi zamanı təqdim olunan sənədlərin tələblər daxilində yoxlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);

  • Müvafiq sahə üzrə iş təcrübəsi;

  • Xarici dil: İngilis/Rus dili - yaxşı;

  • MS Office - yaxşı;

  • Satınalma və xidmət müqavilələrinin tərtibi ilə bağlı biliklər;

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi bilikləri;

  • Yazılı ünsiyyət;

  • Planlaşdırma;

  • Diqqətlilik;

  • Məlumatların idarə edilməsi

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18527

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya