Hidravlik qaldırıcı qurğu maşinisti
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Müxtəlif tipli yükləri təhlükəsiz şəkildə qaldırmaq, yerini dəyişmək, yükləmək və daşımaq;
Nasosları, domkratları, yağ ötürücülərini və digər qurğuları daimi hazır vəziyyətdə saxlamaq və onların normal işləməsinə əmin olmaq;
Hidravlik domkratların və nasosların lazimi cari təmirini aparmaq, onları vaxtında sınaqdan keçirmək və içərisində lazimi miqdarda işçi mayenin olmasına nəzarət etmək;
Bərpa işləri aparılarkən hərəkət tərkibinin qaldırılması prossesində hidravlik qaldırıcı qurğunun istismarına və cəlb oluan işçilərin işinə nəzarət etmək;
Kranın bütün mexanizmlərinin, metal konstruksiyalarının və digər hissələrin sazlığını yoxlamaq;
Hidravlik qaldırıcı qurğunun avadanlığını və mexanizmlərini səliqəli və saz saxlamaq;
Bərpa işləri zamanı cəlb olunan işçilərin texniki təhlükəsizliyini təmin etmək.
Tələblər
Müvafiq sahə üzrə peşə təhsili;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Hidravlik qaldırıcı qurğu üzrə sertifikat və ya vəsiqə;
Hidravlik qaldırıcı qurğuların, domkratların, yağ ötürücülərin və nasosların iş prinsipi.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17654
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+