Müqavilə operatoru (Yevlax)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 yanvar 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Onlayn hissəvi ödəniş müqavilələrin çap edilməsi;
Gün ərzində mail ünvanına yazılan maillərin oxunulması, tapşırıqların icra edilməsi;
Geri qaytarılma əməliyyatlarının icra edilməsi;
Hissəvi ödəniş müqavilələrinin müvafiq departamentə təhvil verilməsinə nəzarət edilməsi.
Tələblər
Ali təhsil;
İş təcrübəsi arzuolunandır;
Azərbaycan dilini səlis bilməli (Rus dili biliyi arzu olunandır);
Kompüter bilikləri (MS Office, Mikro ERP proqramı ilə işləmə bacarığı arzu olunandır);
İşində dəqiq və məsuliyyətli olması;
Əzmkar, çalışqan olması.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6481
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+