Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Mühasibat uçotu şöbəsinin müdiri

Mühasibat uçotu şöbəsinin müdiri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 12 iyun 2026

Təsvir

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması

  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə nəzarət

  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət

  • 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi

  • Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət

  • Əsas vəsaitlər və inventar uçotunun idarə edilməsi və yenilənməsi

  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması

  • Mühasibat dövrlərinin açılış və bağlanış əməliyyatlarının icrası, uçot qeydlərinə və alt sənədlərə nəzarəti həyata keçirilməsi

  • Mühasibat heyətinə rəhbərlik və nəzarət edilməsi

Tələblər

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil

  • Baş mühasib və ya uçot şöbəsinin rəhbəri kimi minimum 5 il iş təcrübəsi (dövlət sahəsi üstünlükdür)

  • Mühasibat uçotu və vergi qanunvericiliyini dərindən bilmək, dəyişiklikləri izləmək

  • Vergi, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi

  • 1C 8.3 proqramında sərbəst işləmək

  • MS Excel daxil olmaqla MS Office bilikləri

  • PMS sertifikatı olması mütləqdir (ACCA/DipIFR üstünlükdür)

  • Güclü analitik düşüncə və problem həll etmə

  • Dəqiqlik və detallara yüksək diqqət

  • Stressə davamlılıq və operativ qərarvermə

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16742

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya