Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Mühasibat uçotu Departament Müdiri

Mühasibat uçotu Departament Müdiri

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 17 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu xəttini idarə etmək, uçotun düzgünlüyünü, tamlığını və hesabat intizamını təmin etmək

  • Ay sonu bağlanış təqvimini hazırlamaq, bağlanış prosesini idarə etmək və bütün mərhələlər üzrə deadline-lara əməl olunmasını təmin etmək

  • Ay sonu uzlaşdırmaları (bank, debitor/kreditor, avanslar, ehtiyatlar, əsas vəsait, intercompany və s.) planlamaq və icrasına nəzarət etmək

  • Bağlanışın keyfiyyətinə nəzarət etmək (düzgünlük, tamlıq, aid olduğu dövrə düşmə/cut-off, əsaslandırma və sənədləşmə)

  • Uçot proseslərini standartlaşdırmaq, prosedur və təlimatları hazırlamaq/yeniləmək və tətbiqini təmin etmək

  • RACI (məsuliyyət bölgüsü) və DoA (səlahiyyət matrisi) çərçivəsində təsdiq axınlarını (approval flow) qurmaq və işlək vəziyyətdə saxlamaq

  • Daxili nəzarət tədbirlərini tətbiq etmək, riskləri müəyyənləşdirmək, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılmasını təmin etmək

  • Audit proseslərini (daxili/xarici) koordinasiya etmək, audit sorğularına vaxtında cavab verilməsini təmin etmək və tapıntılar üzrə tədbirlər planını icra etmək

  • Komandanı planlamaq, iş bölgüsünü aparmaq, iş yükünü balanslamaq, performansı monitorinq etmək və inkişaf planlarını formalaşdırmaq

  • Uçot proseslərinin düzgün işləməsinə nəzarət etmək, avtomatlaşdırma və təkmilləşdirmə təşəbbüsləri irəli sürmək

  • Kritik riskləri (bağlanış gecikməsi, böyük düzəlişlər, vergi/audit riskləri, nəzarət boşluqları və s.) vaxtında eskalasiya etmək və icra planı təqdim etmək

  • CFO üçün aylıq yekun hesabat paketini hazırlamaq, əsas dəyişiklikləri, sapmaları və səbəbləri izah etmək

Namizədə dair Tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Mühasibatlıq sahəsində minimum 7 il təcrübə, o cümlədən ən azı 3 il rəhbər təcrübəsi;

  • Mühasibat uçotu və hesabatlılıq üzrə praktik bilik və tətbiq təcrübəsi (ay sonu bağlanış, uzlaşdırmalar, hesabat paketləri)

  • Proses və nəzarət yönümlü yanaşma: prosedur yazılması, proses standartlaşdırılması, RACI/DoA məntiqi, daxili nəzarət və risk düşüncəsi

  • ACCA/CPA/DipIFR və ya ekvivalent sertifikatlar üstünlükdür

  • MS Excel üzrə yaxşı səviyyə;

  • Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük

  • Komanda idarəetməsi, kommunikasiya və koordinasiya bacarıqları

  • Top of Form

  • Bottom of Form

Əlavə təminatlar:

  • Rəqabətqabiliyyətli əmək haqqı paketi

  • Yanacaq kartı

  • Könüllü Tibbi Sığorta

  • Nahar təminatı

  • Korporativ nömrə və aylıq danışıq limiti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00-14:00

  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasibat uçotu Departament Müdiri**"** yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Veysəloğlu-Rossmann

Veysəloğlu-Rossmann

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9139

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya