Ana Səhifə
Vakansiyalar

Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis

Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Əməliyyat kassasının gündəlik fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq

  • Nağd mədaxil və məxaric əməliyyatlarını mövcud daxili qaydalara uyğun icra etmək

  • Kassa qəbzləri, xərclər və petty cash əməliyyatlarını düzgün aparmaq, sənədləşdirmək və uçotunu həyata keçirmək

  • Nağd vəsaitin qəbulunu və uçotunu aparmaq, bank depozitləri üçün tələb olunan sənədləri vaxtında və düzgün hazırlamaq

  • Inkassasiya prosesini (outsourced CIT) təşkil etmək, inkassasiya sənədlərini hazırlamaq, təhvil-təslim aktlarını yoxlamaq və prosesi izləmək

  • Nağd vəsait üzrə müəyyən edilmiş limitlərin, daxili prosedur və nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək və pozuntuların qarşısını almaq;

  • Kassada olan faktiki nağd vəsaitin uçot məlumatları ilə uyğunluğunu təmin etmək, gündəlik və dövri yoxlamalar aparmaq;

  • Nağd əməliyyatlar zamanı risklərin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

Tələblər

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq).

  • Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1-2 il iş təcrübəsi.

  • Yaxşı səviyyədə MS Excel biliyi

  • Analitik düşüncə, Komandada işləmək bacarığı.

  • Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı

  • 5 günlük tam iş qrafiki

  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Veysəloğlu-Rossmann

Veysəloğlu-Rossmann

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8466

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mühasibat uçotu Departament Müdiri

Tam Ştat

Vəzifə öhdəlikləri: Mühasibat uçotu xəttini idarə etmək, uçotun düzgünlüyünü, tamlığını və hesabat intizamını təmin etmək Ay sonu bağlanış təqvimini hazırlamaq, bağlanış prosesini idarə etmək və bütün mərhələlər üzrə deadline-lara əməl olunmasını təmin etmək Ay sonu uzlaşdırmaları (bank, debitor/kreditor, avanslar, ehtiyatlar, əsas vəsait, intercompany və s.) planlamaq və icrasına nəzarət etmək Bağlanışın keyfiyyətinə nəzarət etmək (düzgünlük, tamlıq, aid olduğu dövrə düşmə/cut-off, əsaslandırma və sənədləşmə) Uçot proseslərini standartlaşdırmaq, prosedur və təlimatları hazırlamaq/yeniləmək və tətbiqini təmin etmək RACI (məsuliyyət bölgüsü) və DoA (səlahiyyət matrisi) çərçivəsində təsdiq axınlarını (approval flow) qurmaq və işlək vəziyyətdə saxlamaq Daxili nəzarət tədbirlərini tətbiq etmək, riskləri müəyyənləşdirmək, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılmasını təmin etmək Audit proseslərini (daxili/xarici) koordinasiya etmək, audit sorğularına vaxtında cavab verilməsini təmin etmək və tapıntılar üzrə tədbirlər planını icra etmək Komandanı planlamaq, iş bölgüsünü aparmaq, iş yükünü balanslamaq, performansı monitorinq etmək və inkişaf planlarını formalaşdırmaq Uçot proseslərinin düzgün işləməsinə nəzarət etmək, avtomatlaşdırma və təkmilləşdirmə təşəbbüsləri irəli sürmək Kritik riskləri (bağlanış gecikməsi, böyük düzəlişlər, vergi/audit riskləri, nəzarət boşluqları və s.) vaxtında eskalasiya etmək və icra planı təqdim etmək CFO üçün aylıq yekun hesabat paketini hazırlamaq, əsas dəyişiklikləri, sapmaları və səbəbləri izah etmək Namizədə dair Tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 7 il təcrübə, o cümlədən ən azı 3 il rəhbər təcrübəsi; Mühasibat uçotu və hesabatlılıq üzrə praktik bilik və tətbiq təcrübəsi (ay sonu bağlanış, uzlaşdırmalar, hesabat paketləri) Proses və nəzarət yönümlü yanaşma: prosedur yazılması, proses standartlaşdırılması, RACI/DoA məntiqi, daxili nəzarət və risk düşüncəsi ACCA/CPA/DipIFR və ya ekvivalent sertifikatlar üstünlükdür MS Excel üzrə yaxşı səviyyə; Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük Komanda idarəetməsi, kommunikasiya və koordinasiya bacarıqları Top of Form Bottom of Form Əlavə təminatlar: Rəqabətqabiliyyətli əmək haqqı paketi Yanacaq kartı Könüllü Tibbi Sığorta Nahar təminatı Korporativ nömrə və aylıq danışıq limiti İş qrafiki: İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günləri Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasibat uçotu Departament Müdiri**"** yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.