Mühasib üzrə Təcrübəçi

Təcrübə

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

Konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimiz, mühasibatlıq sahəsində özünə karyera qurmaq istəyən dinamik və öyrənməyə həvəsli gəncləri Təcrübə proqramına dəvət edir.
Təcrübə proqramı 1 ay davam edəcək və bu müddəti uğurla başa vuran namizədə daimi iş təklif olunacaqdır.

Təcrübə dövründə nələri öyrənəcəksiniz?

  • İlkin sənədlərin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və sistemə işlənilməsi;

  • Maliyyə əməliyyatlarının (gəlir-xərc) uçotunun aparılması;

  • Dövlət portalları ( new e-taxes, ƏMAS, e-customs) ilə praktiki iş bacarığı;

  • Bank və kassa əməliyyatlarının izlənilməsi;

  • Debitor və kreditor borclara nəzarət edilməsi

  • Əməkhaqqı hesablamalarının aparılması, vergi və sosial sığorta tutulmalarının yerinə yetirilməsi;

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsində);

  • MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;

  • Öyrənməyə yüksək həvəs və məsuliyyətlilik;

  • Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı.

Şirkət tərəfindən təmin edilir:

  • Yol və nahar xərclərinin qarşılanması;

  • Real iş mühitində peşəkar mühasiblər tərəfindən mentorluq;

  • Təcrübə müddətini uğurla keçdikdə daimi işlə təmin olunma imkanı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük (09:00 - 18:00);

  • Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.)

Maraqlanan namizədlər CV-lərini "Mühasib üzrə təcrübəçi" başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17767

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə