Konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimiz, mühasibatlıq sahəsində özünə karyera qurmaq istəyən dinamik və öyrənməyə həvəsli gəncləri Təcrübə proqramına dəvət edir.
Təcrübə proqramı 1 ay davam edəcək və bu müddəti uğurla başa vuran namizədə daimi iş təklif olunacaqdır.
Təcrübə dövründə nələri öyrənəcəksiniz?
İlkin sənədlərin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və sistemə işlənilməsi;
Maliyyə əməliyyatlarının (gəlir-xərc) uçotunun aparılması;
Dövlət portalları ( new e-taxes, ƏMAS, e-customs) ilə praktiki iş bacarığı;
Bank və kassa əməliyyatlarının izlənilməsi;
Debitor və kreditor borclara nəzarət edilməsi
Əməkhaqqı hesablamalarının aparılması, vergi və sosial sığorta tutulmalarının yerinə yetirilməsi;