Mühasib (kommunal üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;

  • Alış və satış, bank, kassa, əməkhaqqı hesablanması və digər əməliyyatların 1C mühasibat proqramına daxil edilməsi;

  • Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;

  • Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;

  • Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;

  • Xammal və materialların  eləcədə hazır məhsulun hərəkətinin uçotu;

  • Yük gömrük bəyannamələrinin işlənməsi;

  • E-qaimələrin, müqavilələrin tərtibi;

  • Ödəniş və bank sənədlərini tərtib etmək;

  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • Tikinti və kommunal sahədə iş təcrübəsinin olması üstünlükdür;

  • "1C 8.3", MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və hesabatlılıq;

  • PMS sertifikatının olması üstünlükdür;

  • Vergi qanunvericiliyi üzrə biliklərə sahib olmaq;

  • Komandada işləmə bacarığı;

  • Yalnız bəy namizədlər.

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.

  • İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir).

  • İş yeri: Melissa Group (Baş ofis).

Uyğun namizədlər CV-lərini göstərilən mail ünvanına "Mühasib (kommunal üzrə)" başlığı ilə göndərə bilər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15095

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

MEP üzrə mühəndis

Tam Ştat

Vəzifə öhdəlikləri: Bina və tikinti layihələri üzrə MEP sistemlərinin (HVAC, elektrik və santexnika) layihələndirilməsi və tətbiqinə nəzarət; HVAC sistemləri (isitmə, soyutma, havalandırma) üzrə texniki həllərin hazırlanması və optimallaşdırılması; Elektrik sistemlərinin (işıqlandırma, güc paylanması, zəif cərəyan sistemləri) layihələndirilməsi və yoxlanılması; Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin texniki dizaynının hazırlanması; Layihə üzrə AutoCAD və digər proqramlarda texniki çertyojların hazırlanması və yenilənməsi; Layihələrin yerli və beynəlxalq standartlara (SNIP, NFPA, IEC və s.) uyğunluğunun təmin edilməsi; Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya və clash detection prosesinin aparılması; Tikinti sahəsində görülən işlərin layihəyə uyğunluğuna texniki nəzarət və monitorinq; Podratçı və subpodratçıların işinin qiymətləndirilməsi və yönləndirilməsi; Texniki problemlərin analizi və operativ həll yollarının təqdim edilməsi; Layihə üzrə material və avadanlıqların seçilməsi, texniki spesifikasiyaların hazırlanması; İş qrafiklərinin izlənməsi və layihənin vaxtında icrasına nəzarət; Texniki hesabatların, aktların və digər sənədlərin hazırlanması; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; Enerji səmərəliliyi və sistemlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi.