MEP üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Bina və tikinti layihələri üzrə MEP sistemlərinin (HVAC, elektrik və santexnika) layihələndirilməsi və tətbiqinə nəzarət;
HVAC sistemləri (isitmə, soyutma, havalandırma) üzrə texniki həllərin hazırlanması və optimallaşdırılması;
Elektrik sistemlərinin (işıqlandırma, güc paylanması, zəif cərəyan sistemləri) layihələndirilməsi və yoxlanılması;
Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin texniki dizaynının hazırlanması;
Layihə üzrə AutoCAD və digər proqramlarda texniki çertyojların hazırlanması və yenilənməsi;
Layihələrin yerli və beynəlxalq standartlara (SNIP, NFPA, IEC və s.) uyğunluğunun təmin edilməsi;
Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya və clash detection prosesinin aparılması;
Tikinti sahəsində görülən işlərin layihəyə uyğunluğuna texniki nəzarət və monitorinq;
Podratçı və subpodratçıların işinin qiymətləndirilməsi və yönləndirilməsi;
Texniki problemlərin analizi və operativ həll yollarının təqdim edilməsi;
Layihə üzrə material və avadanlıqların seçilməsi, texniki spesifikasiyaların hazırlanması;
İş qrafiklərinin izlənməsi və layihənin vaxtında icrasına nəzarət;
Texniki hesabatların, aktların və digər sənədlərin hazırlanması;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
Enerji səmərəliliyi və sistemlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi.
Tələblər
Ali təhsil (Mexanika, Energetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə)
MEP mühəndis və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
HVAC, elektrik və santexnika sistemləri üzrə praktiki və texniki biliklər
AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı
Layihə sənədlərinin oxunması və hazırlanması bacarığı
Yerli və beynəlxalq standartlar üzrə biliklər
Texniki problemləri analiz edib həll etmə qabiliyyəti
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları
Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Əlavə məlumat
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
İş rejimi: 5 günlük iş qrafiki
İş yeri: Melissa Group (Baş ofis)
Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına "MEP üzrə mühəndis" başlığı ilə göndərə bilər.
Necə Müraciət Etmək Olar
Melissa Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15094
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə