Təsvir
Vəzifə öhdəlikləri:
Daxili və xarici bank köçürmələrinin icra edilməsi, kredit müraciətləri üçün tələb olunan sənədlərin hazırlanması və kredit ödəniş cədvəllərinə (qalıq borc, faiz və s.) nəzarətin təmin edilməsi;
İşçilərin əmək haqlarının, məzuniyyət, ezamiyyə və digər sosial ödənişlərinin mövcud qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;
Əsas vəsaitlərin mədaxili, amortizasiyası və silinməsi ilə bağlı əməliyyatların icrası;
İcarə və digər xidmətlər üzrə elektron qaimə-fakturaların tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və mühasibat sisteminə daxil edilməsi;
İcarə və xidmət müqavilələri üzrə Ödəniş Mənbəyindən Verginin (ÖMV) düzgün hesablanması və uçotunun aparılması;
Bank sənədlərinin, kredit hesablarının və digər maliyyə əməliyyatlarının mühasibat proqramındakı qalıqlarla mütəmadi üzləşdirilməsi;
Mühasibat uçotu üzrə ilkin sənədlərin toplanması, rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun saxlanılması.
Tələblər
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Vergi, əmək və mühasibat uçotu qanunvericiliyinin bilikləri;
Mühasibat proqramları (1C) ilə işləmək bacarığı;
Analitik düşüncə, diqqətlilik və yüksək məsuliyyət hissi.
İş şəraiti:
İş qrafiki: Tam ştat
İş yeri : Bakı şəh, 8 noyabr prospekti,
5 günlük iş qrafiki:
09.00-18.00
Əmək haqqı: 800 – 1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə göstərilən mail ünvanına təqdim etmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Burma
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7969
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə