Vəzifə öhdəlikləri:
Daxili və xarici bank köçürmələrinin icra edilməsi, kredit müraciətləri üçün tələb olunan sənədlərin hazırlanması və kredit ödəniş cədvəllərinə (qalıq borc, faiz və s.) nəzarətin təmin edilməsi;
İşçilərin əmək haqlarının, məzuniyyət, ezamiyyə və digər sosial ödənişlərinin mövcud qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;
Əsas vəsaitlərin mədaxili, amortizasiyası və silinməsi ilə bağlı əməliyyatların icrası;
İcarə və digər xidmətlər üzrə elektron qaimə-fakturaların tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və mühasibat sisteminə daxil edilməsi;
İcarə və xidmət müqavilələri üzrə Ödəniş Mənbəyindən Verginin (ÖMV) düzgün hesablanması və uçotunun aparılması;
Bank sənədlərinin, kredit hesablarının və digər maliyyə əməliyyatlarının mühasibat proqramındakı qalıqlarla mütəmadi üzləşdirilməsi;
Mühasibat uçotu üzrə ilkin sənədlərin toplanması, rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun saxlanılması.