Muhasib
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 29 yanvar 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və sənədlərin saxlanılması;
Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin ilkin sənədlərlə düzgünlüyü yoxlanılması, təsdiqə göndərilməsi, malların ERP proqramında işlənməsinin yoxlanılması və mühasibatlıq tərəfdən işlənməsi.
Görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi və elektron saxlanılması;
Müəssisədə satışı zamanı, ilkin, sənədlərin düzgünlüyünün yoxlanılması, uçotunun aparılması;
Elektron qaimənin tərtib olunması və göndərilməsi, sənədlərin elektron saxlanılması;
Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Tələblər
Təhsil: Ali (Maliyyə, Mühasibatlıq)
Təcrübə: Min 1-3 il
1C 8.3 ERP, SAP (üstünlük veriləcək) Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək.
e-taxes.gov.az işləməyi bacarmaq
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6609
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+