Mühasib

Tam Ştat

Yüksək Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Malların maya dəyərinin hesablanmasının həyata keçirilməsi;

  • Kreditorlar və debitorlarla üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;

  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;

  • Əmək haqqı hesablamalarının və kadr üzrə mühasibat əməliyyatlarının icrasının təmin edilməsi;

  • Müqavilələrin, protokolların, təhvil- təslim aktlarının, hesab fakturaların və digər sənədlərin hazırlanması və Elektron Qaimə Fakturaların göndərilməsi;

  • Xidmət alışı sənədlərinin, bank çıxarışlarının  və  kassa məxaric tələb sənədlərinin yoxlanılıb 1C proqram təminatına daxil olunması;

  • Təhtəlhesab şəxslərlə hesablaşmalar, verilən hesabatların 1C proqram təminatına işlənilməsi;

  • Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası;

  • Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunması.

Vəzifə ilə bağlı tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;

  • Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;

  • MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;

  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;

  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;

  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;

  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;

  • Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.

Əlavə məlumat

  • Əməkhaqqı: 1000 – 1200 AZN

  • İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir).

  • İş saatları: 10:00-19:00

  • İş yeri: Melissa Groupa daxil olan şirkətlərdən biri

Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına "Mühasib" başlığı ilə göndərə bilər.

Necə Müraciət Etmək Olar

Melissa Group

Melissa Group

Other

Melissa Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur və əsasən tikinti, daşınmaz əmlak və inkişaf layihələri sahəsində tanınır. Şirkət yaşayış komplekslərinin, kommersiya obyektlərinin və infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur və müasir şəhərsalma yanaşmalarını tətbiq edərək keyfiyyətli layihələr təqdim etməyi hədəfləyir. Melissa Group xüsusilə Bakı şəhərində həyata keçirdiyi yaşayış layihələri ilə tanınır. Şirkət fəaliyyətində keyfiyyət, innovasiya və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Melissa Group müasir memarlıq həlləri, təhlükəsizlik standartları və rahat yaşayış konsepti ilə fərqlənən layihələr həyata keçirərək daşınmaz əmlak sektorunda mövqeyini gücləndirməyə davam edir. Eyni zamanda şirkət şəhər infrastrukturunun inkişafına və yeni yaşayış mühitlərinin formalaşdırılmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18131

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Fasad mühəndisi

Tam Ştat

Vəzifə öhdəlikləri: Fasad sistemlərinin (alüminium kompozit, keramika, havalandırılan fasad, şüşə, daş, boya və s.) layihə və texniki tələblərə uyğun icrasını təmin etmək Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, detallar) təhlil etmək və sahədə tətbiqini təmin etmək İş həcmlərinin düzgün hesablanması, smeta və material tələblərinin hazırlanmasında iştirak etmək Material və avadanlıq təchizatına nəzarət etmək, qəbul aktlarını və anbar uçotlarını yoxlamaq Montaj işlərinin ardıcıllığını planlaşdırmaq və qrafiklə uzlaşdırmaq Fasad üzrə işlərin icrasına dair “iş təlimatları” və “metod statement”lərin hazırlanmasında iştirak etmək Fasad işləri zamanı keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və istehsalat normalarına riayət olunmasına nəzarət etmək Görülən işlərin keyfiyyət aktlarının tərtibində iştirak etmək Fasad səthlərində deformasiya, rəng fərqi, montaj uyğunsuzluğu kimi qüsurları vaxtında aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərini düzgün təmin etmək Mövcüd eskiz və işçi layihələrə əsasən şüşə, keramoqranit mexanik cəbhə, alüminum kompozit panel aluminum panel və s. material həcmlərinin layihəyə uyğun hesablanıb və sahənin iş ardıcıllığına görə sifariş verilməsini və bu materialların yaşayış və ya inzibati bina üzrə alt konstruksiyalarının montajının keyfiyyətini təmin etmək Fasad alt Metal konstruksiyalarının və gücləndirmə elementlərinin montajı və keyfiyətini təmin etmək Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək

İnsan resursları üzrə baş mütəxəssis (tikinti üzrə)

Tam Ştat

İş şəraiti: İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: 1500-1800 AZN İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri İşin Təsviri: Şirkətin HR strategiyasını hazırlamaq və icrasını təmin etmək İşə qəbul, yerləşdirmə və adaptasiya proseslərini idarə etmək Əmək müqavilələrinin hazırlanması və qanunvericiliyə uyğunluğa nəzarət etmək ƏMAS və İSB sistemlərində əməliyyatların düzgün icrasına nəzarət etmək İşçilərin davamiyyət uçotunun aparılması və tabelin işlənməsi. İşçi heyətinin şəxsi işlərinin aparılmasını təmin etmək Məzuniyyət, ezamiyyət və işdən çıxma proseslərini idarə etmək Performans qiymətləndirmə sistemini qurmaq və tətbiqinə nəzarət etmək Təlim və inkişaf proqramlarını təşkil etmək İşçi məmnuniyyətinin artırılması üçün tədbirlər həyata keçirmək HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək Namizədə Tələblər: Ali təhsil (HR, idarəetmə və ya əlaqəli sahə üzrə) HR sahəsində minimum 3–5 il iş təcrübəsi Rəhbər vəzifədə təcrübə üstünlük hesab edilir Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək ƏMAS, İSB, 1C və MS Office proqramlarında işləmə bacarığı Liderlik, analitik düşünmə və qərarvermə bacarıqları Dil bilikləri üstünlük hesab edilir Tikinti sahəsində təcrübəsinin olması mütləqdir. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə baş mütəxəssis (tikinti üzrə)” qeyd edərək, qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.