Fasad mühəndisi
Tam Ştat
Orta Səviyyə
2.500 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Fasad sistemlərinin (alüminium kompozit, keramika, havalandırılan fasad, şüşə, daş, boya və s.) layihə və texniki tələblərə uyğun icrasını təmin etmək
Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, detallar) təhlil etmək və sahədə tətbiqini təmin etmək
İş həcmlərinin düzgün hesablanması, smeta və material tələblərinin hazırlanmasında iştirak etmək
Material və avadanlıq təchizatına nəzarət etmək, qəbul aktlarını və anbar uçotlarını yoxlamaq
Montaj işlərinin ardıcıllığını planlaşdırmaq və qrafiklə uzlaşdırmaq
Fasad üzrə işlərin icrasına dair “iş təlimatları” və “metod statement”lərin hazırlanmasında iştirak etmək
Fasad işləri zamanı keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və istehsalat normalarına riayət olunmasına nəzarət etmək
Görülən işlərin keyfiyyət aktlarının tərtibində iştirak etmək
Fasad səthlərində deformasiya, rəng fərqi, montaj uyğunsuzluğu kimi qüsurları vaxtında aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək
Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərini düzgün təmin etmək
Mövcüd eskiz və işçi layihələrə əsasən şüşə, keramoqranit mexanik cəbhə, alüminum kompozit panel aluminum panel və s. material həcmlərinin layihəyə uyğun hesablanıb və sahənin iş ardıcıllığına görə sifariş verilməsini və bu materialların yaşayış və ya inzibati bina üzrə alt konstruksiyalarının montajının keyfiyyətini təmin etmək
Fasad alt Metal konstruksiyalarının və gücləndirmə elementlərinin montajı və keyfiyətini təmin etmək
Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək
Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
Fasad sistemləri üzrə minimum 2-4 il iş təcrübəsi
AutoCAD (mütləq), Revit və digər layihələndirmə proqramlarında işləmə bacarığı üstünlükdür
Texniki çertyojları oxuma və hazırlama bacarığı
Material və sistem bilikləri (curtain wall, ventilated façade və s.)
Analitik düşünmə və problem həll etmə bacarığıMS Office (Word, Excel, Power Point) bilikləri
Azərbaycan dilini əla, Rus və İngilis dilləri arzuolunandır
Yüksək kommunikasiya bacarığı
Komandada işləmə bacarığı
Əlavə məlumat
Əməkhaqqı: 2500-3000 AZN
İş rejimi: 6 günlük iş qrafiki
İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri
Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına "Fasad mühəndisi" başlığı ilə göndərə bilər.
Necə Müraciət Etmək Olar
Melissa Group
Other
Melissa Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur və əsasən tikinti, daşınmaz əmlak və inkişaf layihələri sahəsində tanınır. Şirkət yaşayış komplekslərinin, kommersiya obyektlərinin və infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur və müasir şəhərsalma yanaşmalarını tətbiq edərək keyfiyyətli layihələr təqdim etməyi hədəfləyir. Melissa Group xüsusilə Bakı şəhərində həyata keçirdiyi yaşayış layihələri ilə tanınır. Şirkət fəaliyyətində keyfiyyət, innovasiya və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Melissa Group müasir memarlıq həlləri, təhlükəsizlik standartları və rahat yaşayış konsepti ilə fərqlənən layihələr həyata keçirərək daşınmaz əmlak sektorunda mövqeyini gücləndirməyə davam edir. Eyni zamanda şirkət şəhər infrastrukturunun inkişafına və yeni yaşayış mühitlərinin formalaşdırılmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18130
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200