Mühasib

Tam Ştat

Orta Səviyyə

900 AZN-dən

Yerləşdirilib 9 mart 2026

Son Tarix: 9 aprel 2026

Təsvir

İş barədə məlumat

  • Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)

  • Bonusların hesablanması

  • E-qaimələrin göndərilməsi

  • Vergi orqanlarından gələn məktublara nəzarət edilməsi

  • Şirkət Rəhbəri və Maliyyə departamentinin müdiri tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək

  • Həftə içi 5 gün iş günü

  • İş saatı: 09:00-dan -18:00-dək

  • Əmək haqqı: 900Azn

Namizədə tələblər

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar

  • Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi

  • Bank əməliyyatların aparılması

  • Məzuniyyət, Ezamiyyət və son haqq hesabın hesablanması

  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli

  • 1C 8.3 proqramında işləməyi bacarmalı

  • Dövlət portallarından sərbəst istifadə etmə bacaraığının olması (e-gov.az, e-taxes.gov.az və s.)

  • İş təcrübəsi  1- 3 il

Uyğun namizədlər göstərilən mail ünvanına mövzu hissəsində “Mühasib” qeyd edərək müraciət edə bilərsiniz və ya 0555157470 əlaqə saxlaya bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10763

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketing manager (stratejik & kreatif)

Tam Ştat

Şirkətimiz Azərbaycan qənnadı və çörək sənayesində istifadə olunan xammalların ən böyük təchizatçılarından biridir. Məqsədimiz marketinqi sosial media səviyyəsindən çıxarıb bazar yönləndirən funksiyaya çevirməkdir. Vəzifənin məqsədi Yeni məhsulların bazar konseptinin qurulması Müştəri ehtiyaclarının analiz edilməsi və məhsula çevrilməsi Qida istehsalçıları, şirniyyat sexləri və fabriklər üçün məhsul dəyəri formalaşdırmaq Şirkəti sadəcə təchizatçı yox, sənaye lideri brendinə çevirmək Sizin əsas rolunuz Bu vəzifədə siz post planı yazmayacaqsınız. Siz bazarın istiqamətini formalaşdıracaqsınız. Siz nə edəcəksiniz: Azərbaycan qənnadı və çörək sektorunda bazar araşdırmaları aparmaq Yeni məhsullar üçün konsept və istifadə ssenariləri hazırlamaq Müştəri seqmentasiyası və davranış analizləri qurmaq Müştərilər üçün məhsul təqdimat strukturu yaratmaq (resept, istifadə forması, satış üstünlüyü) Məhsul portfelini yenidən strukturlaşdırmaq (hansı məhsul kimə satılmalıdır) Satış komandası üçün satış hekayəsi və təqdimat dili qurmaq Məhsul kampaniyaları və tanıtım layihələri yaratmaq (sadəcə reklam yox, bazar hadisəsi yaratmaq) Sərgilər, ustad dərsləri, workshop və B2B tədbirlər konsepti qurmaq Brend kitabçası, məhsul kataloqları və dizayn istiqamətini formalaşdırmaq Kreativ komandanı və SMM fəaliyyətlərini idarə etmək (amma əsas işiniz bu olmayacaq) Aşağıdakı xüsusiyyətlər mütləqdir: Minimum 5 il marketing təcrübəsi (idarəedici səviyyədə) B2B sektorunda təcrübə (üstünlük: qida, FMCG və ya distribusiya) Market research aparma bacarığı Məhsul konsepti qurma təcrübəsi Kreativ düşünmə və ideya istehsal etmə bacarığı Analitik düşünmə və bazar oxuma qabiliyyəti Komanda idarəetmə təcrübəsi İngilis dili — mütləq (danışıq və yazı) Referans təqdim edə bilmə Üstünlük sayılacaq Qida sənayesi təcrübəsi Şeflər, şirniyyat ustaları və ya istehsal fabrikləri ilə işləmə təcrübəsi Məhsul lansmanı etmiş olmaq Tədbir və workshop layihələri qurmuş olmaq Brend quruculuğu təcrübəsi Biz nə təklif edirik Böyük bazar payına sahib şirkətdə qərarverici rolda işləmək Hazır struktur yox — öz marketing sistemini qurmaq imkanı İdxal və ixrac məhsulları ilə işləmək Sənaye miqyasında layihələr Rəhbərlik səviyyəsində qərar proseslərinə daxil olmaq Rəqabətədavamlı əmək haqqı + bonus sistemi Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.