Şirkətlərə Qayıt
BESTİNG MMC

BESTİNG MMC

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

BESTİNG MMC

Əməliyyatlar və İnkişaf üzrə Rəhbər

BESTİNG MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifənin əsas məqsədi: Şirkətin əməliyyat fəaliyyətinin fasiləsiz və koordinasiyalı idarə olunmasını təmin etmək, satış və inkişaf proseslərini gücləndirmək, şöbələrarası inteqrasiyanı qurmaq və biznesin dayanıqlı inkişafını dəstəkləmək. Əsas vəzifə və öhdəliklər: Əməliyyat idarəetməsi Şirkətin gündəlik əməliyyat proseslərinə ümumi nəzarət etmək Şöbələrarası koordinasiyanı təmin etmək İş axınında yaranan problemləri operativ həll etmək Daxili prosedur və qaydaların icrasına nəzarət etmək Satış və inkişaf istiqaməti Satış göstəricilərini mütəmadi izləmək və təhlil etmək Satış komandası ilə sıx əməkdaşlıq etmək Yeni inkişaf imkanlarını müəyyənləşdirmək və təkliflər vermək Gəlir artırıcı təşəbbüslər hazırlamaq və tətbiq etmək Marketinq koordinasiyası Marketinq fəaliyyətlərinin biznes hədəflərinə uyğunluğunu təmin etmək Kampaniyaların effektivliyini qiymətləndirmək Satış və marketinq arasında inteqrasiyanı gücləndirmək HR koordinasiyası HR şöbəsi ilə birlikdə işçi ehtiyaclarını planlaşdırmaq Şöbə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək Komanda performansını izləmək və inkişaf istiqamətlərini müəyyən etmək Təchizat, logistika və nəqliyyat Təchizat proseslərinin fasiləsizliyinə nəzarət etmək Logistika axınlarını koordinasiya etmək Nəqliyyat fəaliyyətini planlaşdırmaq və marşrut səmərəliliyini artırmaq Çatdırılma proseslərində gecikmələri aradan qaldırmaq Resursların optimal istifadəsini təmin etmək Hesabatlılıq və analiz Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək KPI göstəricilərini izləmək və təhlil etmək Riskləri müəyyənləşdirmək və həll planları hazırlamaq Səlahiyyətlər: Şöbələrarası koordinasiya qərarları vermək Gündəlik əməliyyat proseslərini yönləndirmək Şöbə rəhbərlərindən hesabat tələb etmək Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək Əməliyyat səmərəliliyini artırmaq üçün təşəbbüslər irəli sürmək Tabeçilik: Birbaşa şirkət rəhbərinə tabedir. Kurasiya etdiyi istiqamətlər: Satış Marketinq HR Muhasibatlıq Təchizat Logistika Nəqliyyat Əsas nəticə gözləntisi: Şirkətin bütün əsas əməliyyat sahələrində koordinasiyanı gücləndirmək, prosesləri sistemləşdirmək və biznesin inkişaf tempini artırmaq. İş şərtləri: İş yeri: Yasamal rayonu İş qrafiki: 5 iş günü İş saatı: 09:00 – 18:00 Əmək haqqı: 3000 AZN + bonus Müraciət: CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar və İnkişaf üzrə rəhbər” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.