Əməliyyatlar və İnkişaf üzrə Rəhbər
Tam Ştat
Orta Səviyyə
3.000 AZN-dən
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 15 may 2026
Təsvir
Vəzifənin əsas məqsədi:
Şirkətin əməliyyat fəaliyyətinin fasiləsiz və koordinasiyalı idarə olunmasını təmin etmək, satış və inkişaf proseslərini gücləndirmək, şöbələrarası inteqrasiyanı qurmaq və biznesin dayanıqlı inkişafını dəstəkləmək.
Əsas vəzifə və öhdəliklər:
Əməliyyat idarəetməsi
Şirkətin gündəlik əməliyyat proseslərinə ümumi nəzarət etmək
Şöbələrarası koordinasiyanı təmin etmək
İş axınında yaranan problemləri operativ həll etmək
Daxili prosedur və qaydaların icrasına nəzarət etmək
Satış və inkişaf istiqaməti
Satış göstəricilərini mütəmadi izləmək və təhlil etmək
Satış komandası ilə sıx əməkdaşlıq etmək
Yeni inkişaf imkanlarını müəyyənləşdirmək və təkliflər vermək
Gəlir artırıcı təşəbbüslər hazırlamaq və tətbiq etmək
Marketinq koordinasiyası
Marketinq fəaliyyətlərinin biznes hədəflərinə uyğunluğunu təmin etmək
Kampaniyaların effektivliyini qiymətləndirmək
Satış və marketinq arasında inteqrasiyanı gücləndirmək
HR koordinasiyası
HR şöbəsi ilə birlikdə işçi ehtiyaclarını planlaşdırmaq
Şöbə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək
Komanda performansını izləmək və inkişaf istiqamətlərini müəyyən etmək
Təchizat, logistika və nəqliyyat
Təchizat proseslərinin fasiləsizliyinə nəzarət etmək
Logistika axınlarını koordinasiya etmək
Nəqliyyat fəaliyyətini planlaşdırmaq və marşrut səmərəliliyini artırmaq
Çatdırılma proseslərində gecikmələri aradan qaldırmaq
Resursların optimal istifadəsini təmin etmək
Hesabatlılıq və analiz
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
KPI göstəricilərini izləmək və təhlil etmək
Riskləri müəyyənləşdirmək və həll planları hazırlamaq
Səlahiyyətlər:
Şöbələrarası koordinasiya qərarları vermək
Gündəlik əməliyyat proseslərini yönləndirmək
Şöbə rəhbərlərindən hesabat tələb etmək
Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək
Əməliyyat səmərəliliyini artırmaq üçün təşəbbüslər irəli sürmək
Tabeçilik:
Birbaşa şirkət rəhbərinə tabedir.
Kurasiya etdiyi istiqamətlər:
Satış
Marketinq
HR
Muhasibatlıq
Təchizat
Logistika
Nəqliyyat
Əsas nəticə gözləntisi:
Şirkətin bütün əsas əməliyyat sahələrində koordinasiyanı gücləndirmək, prosesləri sistemləşdirmək və biznesin inkişaf tempini artırmaq.
İş şərtləri:
İş yeri: Yasamal rayonu
İş qrafiki: 5 iş günü
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: 3000 AZN + bonus
Müraciət:
CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar və İnkişaf üzrə rəhbər” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
BESTİNG MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13983
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə